İQTİSADİYYAT


Memarlar İttifaqının yaranmasının 85 illik yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Azərbaycan Memarlar İttifaqının yaranmasının 85 illik yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

RİİN-dən AZƏRTAC-a bildirilib ki, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb və 5000 tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Orxan Qarayevdir. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Qeyd edək ki, 2014-сü ildən başlayaraq Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin ideyası, təşəbbüsü və səyi nəticəsində Azərbaycan memarlığına, korifey memarlarımızın yaradıcılığına həsr olunan poçt markalarının nəşrinə başlanılıb. Dövriyyəyə buraxılan markanın eskizi mövzuya uyğun olaraq tərtib edilib.

Şəbəkə sənəti XI-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir və qeyri-maddi mədəni irs nümunəsi sayılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.