Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini azaldıb YENİLƏNİB

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

Bakı, 1 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9,75 faizdən 9,25 faizə endirilməsinə dair qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11,25 faiz, aşağı həddi isə 7,25 faiz (uçot dərəcəsinə ±2faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən olunub. Qərar bu il fevralın 1-dən qüvvəyə minir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 1-də keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.

Bildirilib ki, İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində inflyasiya gözlənilən meyil üzrə dəyişib, aşağı birrəqəmli səviyyədə qalıb. İnflyasiyanın yüksəlməsi riskləri nisbətən səngiməkdədir. Qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi, xarici sektor göstəricilərinin yaxşılaşması, valyuta bazarında tarazlı vəziyyətin davam etməsi, inflyasiyanın faktiki səviyyəsinin və qiymət artımı gözləntilərinin aşağı olaraq qalması, fiskal qaydaların qəbul edilməsi monetar şəraitin normallaşdırılmasının davam edilməsinə imkan verir. Eyni zamanda, bir sıra daxili və xarici inflyasiya amilləri, riskləri nəzərə alınmaqla pul siyasətinin antiinflyasyon xarakteri saxlanılır.

İnflyasiya prosesləri

E.Rüstəmov deyib ki, son 2 ayda qiymətlərin dinamikasına təsir göstərən amillər başlıca olaraq mövsümi və birdəfəlik xarakter daşıyır. Monetar şərait inflyasiyaya məhdudlaşdırıcı təsir göstərməkdə davam edir. Nəticədə dekabrda aylıq inflyasiya cəmi 0,8 faiz təşkil edib. Dekabrda istehlak səbətinə daxil olan məhsulların 31 faizinin qiyməti dəyişməyib, 15 faizinin qiyməti azalıb. Bahalaşan məhsulların əsas hissəsinin qiymət artımı 2 faizdən aşağı olub: “2018-ci ilin yekunu üzrə isə orta illik inflyasiya 2,3 faiz olub ki, bu da ötən illə (12,9 faiz) müqayisədə 10,6 faiz bəndi azdır. Beynəlxalq praktikada başlıca inflyasiya göstəricisi kimi istifadə olunan qiymət indeksinin 12 aylıq dəyişimi 1,5 faiz olub ki, bu da əvvəlki illə (7,9 faiz) müqayisədə 6,4 faiz bəndi azdır. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ildə 1,8 faiz təşkil edib”.

İnflyasiya gözləntiləri və proqnozlar

“İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntiləri ticarət sektorunda azalıb, xidmət, qeyri-neft emal sənayesi və tikintidə cüzi artıb. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri isə minimal səviyyədə sabit qalıb. Ümumilikdə iqtisadi subyektlərin inflyasiya gözləntiləri faktiki inflyasiya ətrafında sabitləşməkdədir”, - deyə Mərkəzi Bankın sədri qeyd edib.

Xarici şərait

E.Rüstəmov bildirib ki, 2018-ci ilin sonuncu rübündəki azalmanın ardınca neftin dünya qiyməti 2019-cu ilin yanvar ayında artıma meyil edib və bir barrelə görə 60 ABŞ dolları səviyyəsinə qayıdıb: “Neftin qiyməti dekabrın sonundakı dib nöqtəsi ilə müqayisədə 20 faizdən çox artıb. Bu dövrdə ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında və dünya əmtəə qiymətlərinin dinamikasında daxili inflyasiyaya və gözləntilərə əhəmiyyətli təsir göstərəcək proseslər müşahidə edilməyib. Cari ilin yanvar ayında ölkənin strateji valyuta ehtiyatlarının 3 faiz artaraq 46 milyard dolları üstələməsi tədiyə balansının profisitli olaraq qaldığını təsdiq edir”.

İqtisadi aktivlik

Mərkəzi Bankın sədri deyib: “İqtisadi artım tempinin 2018-ci ilin 4-cü rübündə, xüsusən də dekabr ayında yüksəlməsi müşahidə edilib. 2018-ci ilin sonuna iqtisadi artım 1,4 faiz təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 1,8 faiz olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 9,1 faiz, kənd təsərrüfatında 4,6 faiz artım müşahidə olunub. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi iqtisadiyyatın bütün sahələri üzrə artım nümayiş etdirir. Ev təsərrüfatı üzrə sorğuların nəticələrinə əsasən istehlakçı inamı indeksi də pozitiv zonadadır və artmaqda davam edir”.

İnflyasiya riskləri

E.Rüstəmovun sözlərinə görə, inflyasiyanın risk balansında sabitləşdirici amillərin rolu artmaqdadır: “Artıq tətbiqinə başlanmış makroiqtisadi çərçivə inflyasiyanın hədəf daxilində saxlanılmasını dəstəkləyir. Cari ilə və ortamüddətli dövrə milli iqtisadiyyatın sabitlik parametrləri Mərkəzi Bankın pul-kredit siyasətinin əsas istiqamətləri haqqında son bəyanatında və 2019-cu ilə dövlət büdcəsində öz əksini tapıb. Profisitli tədiyə balansı və manatın məzənnəsinin dayanıqlığı, eləcə də faktiki aşağı qiymət artımının yaratdığı gözləntilər inflyasiyaya stabilləşdirici təsir göstərir”.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli Fərmanında makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi üçün əlavə tədbirlərin müəyyən edilməsi və reallaşdırılması haqqında Azərbaycan hökumətinə göstərişlər verilib. Bununla bağlı müvafiq tədbirlər planının layihəsi hazırlanıb.

Bildirib ki, bir sıra xarici və daxili risk amilləri də öz potensialını saxlayır. Xarici amillərə qlobal iqtisadi artımın zəifləməsi fonunda dünya neft bazarında qiymətlərin volatillik potensialı və ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər aiddir. Daxili amillərə isə vergi islahatlarının və kredit aktivliyinin məcmu tələbə təsirlərinin miqyası və davamlılığı aiddir.

Monetar şərait

Mərkəzi Bankın sədri qeyd edib ki, bank tərəfindən monetar şəraitin normallaşdırılması istiqamətində qərarlar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla iqtisadi artımın potensial səviyyədə davam etməsinin dəstəklənməsi arasında balansın saxlanılmasına xidmət edir. İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində monetar şərait bir neçə amildən təsirlənib. Manatla pul bazası hökumət hesabları qalığının dəyişimindən asılı olaraq dəyişib. Real sektorun kreditlərə olan tələbinin artması bankların likvidliyə olan tələbini yüksəldir ki, bu da depozitlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir. Fiziki şəxslərin manatla müddətli əmanətlərinin yüksək sürətlə (2018-ci ildə 23,6 faiz) artmaqda davam etməsi milli valyutada yığımların cəlbedici olduğunu göstərir. Mərkəzi Bank bundan sonra da faiz dəhlizinin parametrlərinə dair qərarlarını inflyasiyanın faktiki və proqnoz səviyyəsi, habelə risk ssenarilərinin reallaşması səviyyəsindən asılı olaraq verəcək. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti açıqlaması 2019-cu il mart ayının 15-də ictimaiyyətə təqdim ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir