İQTİSADİYYAT


Mərkəzi Bankın sədri: 48 min kredit üzrə restrukturizasiya üçün müraciət olunub VİDEO

Bakı, 13 may, AZƏRTAC

Mayın 7-nə 548,6 milyon manat məbləğində 47 min 994 kredit üzrə restrukturizasiya üçün müraciət olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında bildirib.

E.Rüstəmov deyib: “Müraciətlərin məbləğ üzrə 91 faizi biznes, 5 faizi istehlak, 4 faizi ipoteka kreditləri ilə bağlıdır. Banklar tərəfindən təqdim olunmuş məlumatlara əsasən, bu müraciətlərin məbləğ üzrə icrası 37 faiz (200,4 milyon manat) təşkil edib. Biznes kreditləri üzrə daxil olmuş 494,9 milyon manat məbləğində restrukturizasiya müraciətlərinin 33 faizi (162,4 milyon manat) icra olunub. İstehlak kreditləri üzrə (ipoteka kreditləri istisna) 34,6 milyon manat məbləğində müraciət daxil olub və onların 85 faizi (29,3 milyon manat) icra edilib. İpoteka kreditləri üzrə 19,1 milyon manat müraciət daxil olub, bu müraciətlərin 46 faizi (8,7 milyon manat) icra edilib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.