ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada “Kətan üzərində düşüncələr” adlı rəsm sərgisi açılıb

Bakı, 4 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) rəssam Nərminə Rasizadənin “Kətan üzərində düşüncələr” adlı rəsm və dekorativ əsərlərindən ibarət fərdi sərginin açılışı olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor Leyla İmanova kitabxananın yalnız elmi mərkəz deyil, həmçinin müxtəlif informasiyaları oxuculara fərqli formatlarda təqdim edən məkan olduğunu söyləyib.

Nümayiş edilən əsərlər barədə məlumat verən rəssam Nərminə Rasizadə sərginin təşkil edilməsində verdiyi dəstəyə görə MEK-in kollektivinə təşəkkürünü bildirib.

Sərgi oktyabrın 9-dək davam edəcək.

Nərminə Rasizadənin rəsmləri Budapeşt, Brüssel, Lüksemburq və Parisdəki sərgilərdə nümayiş olunub. Rəssamlıq və dekorativ əsərlərinin 30-dan çoxu Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Fransa, Lüksemburq, İngiltərə və ABŞ-dakı şəxsi kolleksiyalardadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.