ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya hüquq və riyaziyyat elmlərinə dair nəşrlər təqdim edilib
Bakı, 16 avqust, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) fondları beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif nəşrlərlə zənginləşir.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, kitabxanaya Çex Respublikasından “Beynəlxalq ədalət və beynəlxalq icra”, “Çexiya. Mərkəzi Avropa, Arbitraj İlliyi. Arbitraj məhkəmələrinin yurisdiksiyası” nəşrləri və Yaponiya Riyaziyyat Cəmiyyətinin jurnalı təqdim edilib.
Qeyd edək ki, Çexiya beynəlxalq hüquqi məcmuəsi azərbaycanlı alimlərin məqalələrini növbəti illərdə həmin jurnalda ödənişsiz dərc etdirə bilmələri üçün müraciət göndərib. Arzu edənlər [email protected] ünvanına yazılı şəkildə müraciət edə bilərlər.