SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2014-cü il noyabrın 14-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olan hər 3 müraciətin təmin edilməsi qərara alınıb. MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda cari məsələlərə də baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.