CƏMİYYƏT


Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq

Bakı, 3 yanvar, AZƏRTAC

Gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasının gücləndirilməsi Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəfləri sırasındadır. Bu məqsədlə sənəddə bir sıra fəaliyyət istiqamətləri əksini tapır. Onlardan biri də karyera (peşə) - məsləhət və karyera - planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, portal ali və orta ixtisas müəssisələrini bitirən gənclərlə bağlı məlumatları əhatə etməklə, işəgötürənlərin həmin məlumatlara real vaxt rejimində çıxışına imkan yaradacaq.

Portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanacaq. Yeni peşə və ixtisas qazanmış gənclərin həmin məlumatlarla, eləcə də peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanışlığına şərait yaradacaq. Digər tərəfdən, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumatlar əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.