SİYASƏT


Mexikoda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yürüş keçirilib VİDEO

Vaşinqton, 29 sentyabr, AZƏRTAC

Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar Meksikanın paytaxtı Mexiko şəhərinin əsas küçəsi olan Paseo de la Reforma prospektində “Gənc Diplomatlar” assosiasiyasının təşkilatçılığı ilə ölkədəki digər qeyri-hökumət təşkilatları fəallarının, universitet tələbələrinin, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Meksika şəhər hökumətinin icazəsi və təhlükəsizlik dəstəyi ilə keçirilən yürüşdə iştirakçılar şəhərin adıçəkilən küçəsi ilə Azərbaycan-Meksika Dostluq Parkına qədər uzun məsafə qət edib və yol boyu “Azərbaycan sülh istəyir” və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” pankartları açaraq şüarlar səsləndiriblər.

Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilmiş mərasimdə yürüş iştirakçıları 30 ilə yaxın erməni işğalında qalmış torpaqların azad edilməsi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Yürüş Meksikanın nüfuzlu “ADN40” televiziya kanalının efirində, habelə kanalın 1 milyona yaxın izləyicisi olan rəsmi tviter hesabında və digər sosial şəbəkə hesablarında yayımlanıb.

 
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.