İDMAN
“Milan” doğma meydanda “Latsio”nu minimal hesabla məğlub edib
Bakı, 14 aprel, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İtaliya A Seriyasında 31-ci turun mərkəzi qarşılaşması “San Siro” stadionunda keçirilib. “Milan" klubu paytaxt təmsilçisi “Latsio”nu qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu oyunun 79-cu dəqiqəsində Frank Kessi vurub. Bu qələbə sayəsində “Milan” xalların sayını 55-ə çatdıraraq dördüncü yerdə qərarlaşıb. “Latsio” isə 49 xalla səkkizincidir.
Çempionatın digər iddialı klublarından sayılan “Roma” öz meydanında “Udineze” komandasından üstün olub - 1:0.
Bu turda “Yuventus” cari mövsümdə ikinci dəfə məğlubiyyətlə üzləşib. SPAL-“Yuventus” qarşılaşmasında Turin təmsilçisi gözlənilmədən məğlub olub – 1:2.
Hazıra İtaliya A Seriyasına 84 xalla “Yuventus” başçılıq edir. İkinci sırada qərarlaşan “Napoli”nin 64, üçüncü pillədə yer alan “İnter”in 57 xalı var.