Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Kitabxanada Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib VİDEO

Bakı, 31 oktyabr, AZƏRTAC 

Oktyabrın 31-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mütəfəkkir şair Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər Xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Milli Kitabxanada davam etdirilən konfransdan əvvəl iştirakçılar kitabxana ilə yaxından tanış olub, burada gedən yeni avtomatlaşdırılmış iş prosesləri ilə maraqlanıblar.

Beynəlxalq elmi konfransı açan kitabxananın direktoru Kərim Tahirov bildirib ki, UNESCO 2016-cı ili “Xoca Əhməd Yasəvi ili” elan edib.

Qeyd edib ki, tədbir türk dünyasının görkəmli ədibi, mütəfəkkiri, şairi, əsərləri ən çox çap olunan Xoca Əhməd Yasəvinin vəfatının 850 illiyinə həsr olunub. Konfransa Türkiyə, Qazaxıstan, Makedoniya və TÜRKSOY-dan qonaqların qatıldığını söyləyib. Diqqətə çatdırıb ki, konfransda Əhməd Yasəvinin türkdilli ölkələrdə öyrənilməsi, tədqiqi, əsərlərinin nəşri və digər mövzularda müzakirələr aparılacaq.

K.Tahirov TÜRKSOY-la birgə keçirilən tədbirlərdən danışaraq bildirib ki, noyabrın 2-də Şəkidə Yusif Balasaqunlunun 1000 illiyi ilə əlaqədar beynəlxalq konfrans təşkil ediləcək. Həmçinin, noyabrın 14-də İstanbulda beynəlxalq kitab sərgisində Xalq Şairi Səməd Vurğunun 110 illiyi qeyd olunacaq. Noyabrın 15-də TÜRKSOY-un iqamətgahında beynəlxalq konfrans və sərgi təşkil ediləcək, 17-də isə Türkiyə Milli Kitabxanasında Səməd Vurğunun yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Bütün bunlar ortaq mədəniyyətimizin, ədəbiyyatımızın tədqiqi, təbliği və tanıdılması istiqamətində görülən işlərdir.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev son dövrlər türk dünyasının böyük mütəfəkkirlərinin yubileylərinin keçirildiyini diqqətə çatdıraraq Xoca Əhməd Yasəvi yaradıcılığına qısa nəzər salıb. Bildirib ki, o, türk dünyasını İslam dəyərləri ətrafında birləşdirən mütəfəkkirlərdəndir. Onun əsərlərinin bu günümüz üçün də aktual olduğunu vurğulayan V.Əliyev deyib ki, bu səbəbdən də Ə.Yasəvinin əsərləri türkdilli ölkələrdə çap edilir, irsi öyrənilir.

Nazir müavini 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar bir çox tədbirlər keçirildiyini, araşdırmalar aparıldığını vurğulayıb. Bildirib ki, bu araşdırma və layihələrdə türk xalqlarının ortaq mədəniyyətinin bir daha şahidi oluruq. Çap edilən ədəbi bədii nümunələrdə türk dünyası klassiklərinin əsərlərində qardaşlığa, sülhə, dostluğa hər zaman çağırışın öndə olduğunu görürük.

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya Baş katib adından təşəkkürünü bildirib. Təşkilatın yaranması, ortaq türk mədəniyyətinin yayılması istiqamətindəki görülən işlər barədə məlumat verən F.Purtaş TÜRKSOY-Azərbaycan münasibətlərindən, görülən işlərdən, o cümlədən Milli Kitabxana ilə birgə həyata keçirilən layihələrdən söz açıb.

Bakının Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyini söyləyən Fırat Purtaş Azərbaycanın multikulturalizmin mərkəzi kimi tanındığını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar türk xalqlarının tarix boyu müxtəlif dinlərə sitayiş etdiyini söyləyərək hazırda onların əksəriyyətinin İslam dininə tapındığını deyib. Bildirib ki, İslam dinini türk dünyasına yayan mütəfəkkirlərdən birincisi Əhməd Yasəvi olub. Anadolunun islamlaşmasında Ə.Yasəvi və onun dərvişlərinin böyük rolu var.

Türkdilli ölkələrin hamısının özünəməxsus ədəbiyyatlarının olduğunu qeyd edən Xalq Yazıçısı türk dünyasının böyük mütəfəkkirlərinin əsərlərinin icmal şəklində bütün türk xalqlarının dillərində çap edilib məktəblərdə tədris edilməsi təklifini irəli sürüb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Əhməd Yasəvinin adına tədbirlər, simpoziumlar keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, vəfatından 850 il sonra anılması, əsərlərinin oxunması sənətkar üçün böyük xoşbəxtlikdir.

G.Əfəndiyeva qeyd edib ki, Ə.Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya İrs Siyahısına daxildir.

O deyib: “Əhməd Yasəvi böyük fikir adamı, din xadimi, yasəviyyə nəzəriyyəsinin banisi, türkləri birləşdirən insandır. “İslam seçim, türkçülük taleyimizdir” kəlamı onun vahid türk ideyasına sadiq olduğunu göstərir. Bu gün türkdilli ölkələrdə onun adına müxtəlif küçələr salınıb, heykəlləri ucaldılıb, Əhməd Yasəvi Beynəlxalq Universiteti fəaliyyət göstərir. Bu gün Əhməd Yasəvi ilə bağlı tədbirə Azərbaycan ev sahibliyi edir. Azərbaycanda türk dünyasına aid olan mədəni, mənəvi dəyərlərə böyük hörmətlə yanaşılır. Bu, artıq dövlət siyasətidir. Yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondu bu ənənələri davam etdirməyə və buna öz töhfəsini verməyə hər zaman hazırdır”.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov böyük türk mütəfəkkiri, şairi, türkcəni XII əsrdə dünyanın ən inkişaf etmiş dilləri səviyyəsinə qaldırmış və İslam dininin təbliğatçısı Əhməd Yasəvinin vəfatının 850 illiyi ilə əlaqədar təşkil edilən konfransı yüksək qiymətləndirib. Qeyd edib ki, konfrans həm elmi, həm də mədəni səviyyəsinə görə maraq doğurur.

Nizami Cəfərov Ə.Yasəvi yaradıcılığı, onun türk dünyasına bəxş etdiyi töhfələrdən danışıb. Atatürk Mərkəzi tərəfindən Əhməd Yasəvinin əsərlərinin nəşr edilməsi barədə məlumat verərək bildirib ki, bu əsərlər humanizmi, milliliyi, məzmunu ilə hamı üçün gərəklidir.

Konfransda çıxış edən Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız, Milli Məclisin deputatı Qənirə Paşayeva Əhməd Yasəvinin yaradıcılığından söz açıblar. Bildirilib ki, türk dilində yazmaqla yanaşı, milli kimliyin, dini inancın, ənənənin sintezini qura bilib. Yaşadığı dövrdə İslam dininə ayna tutan mütəfəkkirin əsərləri bu dinin irfan yolu ilə öyrənilməsində böyük rol oynayıb.

Konfransda Əhməd Yasəvi Universiteti tərəfindən nəşr edilmiş kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib.

Sonra tədbir iştirakçıları “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi” adlı kitab sərgisi ilə tanış olublar.

Konfransın ikinci hissəsində “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi”, “Xoca Əhməd Yasəvi hikmətlərində sosial məzmunlu ismarıclar”, “Məlumat istehsalı və ötürülməsi baxımından “Divani-hikmət”, “Türk-islam düşüncəsinin simvol ismi Əhməd Yasəvinin mistik fəlsəfəsi”, “Aristan Bap haqqındakı qazax hekayələri” mövzularında yerli və xarici mütəxəssislərin məruzələri dinlənilib.

Milli Kitabxanada Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib