Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri Oqtay Əsədov Romada yüksək səviyyəli rəsmi görüşlər keçirib VİDEO

Roma, 8 may, AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada səfərdədir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.

Əvvəlcə Oqtay Əsədov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.

Sonra Milli Məclisin sədri İtaliya Respublikası Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmlilərindən biri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamədir.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən parlamentin sədri deyib ki, TANAP, TAP, “Cənub Qaz Dəhlizi” layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək italyan şirkəti fəaliyyət göstərir, bu şirkətlərin sayı getdikcə çoxalacaq.

Oqtay Əsədov qeyd edib ki, ölkələrimiz arasında mədəni, humanitar əlaqələr də inkişaf edir. Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.

Sədr Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb, dostluq qruplarının işini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. Bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. O, İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.

Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Senatın sədri Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Maria Elisabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.

Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.

x x x

Səfər zamanı Oqtay Əsədov İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

Görüşdə vurğulanıb ki, İtaliya ölkəmizin Avropada və dünyada mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında sıx dostluq əlaqələri var, İtaliya və Azərbaycan yaxın dost və strateji tərəfdaşdır.

İkitərəfli münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini deyən Oqtay Əsədov İtaliya və Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində daha da möhkəmlənib. Milli Məclisin sədri Prezident İlham Əliyevin 2005-ci, 2008-ci və 2014-cü illərdə İtaliyaya rəsmi, 2011-ci və 2015-ci illərdə işgüzar səfərlərini xatırladıb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk rəsmi səfərinə diqqət çəkən Oqtay Əsədov bildirib ki, bu səfər dövlətlərarası münasibətlərimizin tarixində mühüm əhəmiyyət kəsb edib.

İtaliya və Azərbaycanın mədəni əlaqələrindən söz açan Oqtay Əsədov vurğulayıb ki, Heydər Əliyev Fondu siyasi və mədəni əlaqələrin möhkəmlənməsində əvəzedilməz işlər görməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirildiyi layihələr iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfə verir.

Vurğulanıb ki, Mehriban Əliyeva keçən il İtaliyaya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılış mərasimində iştirak edib. Ölkələr arasında əlaqələrin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Azərbaycan Milli Məclisi ilə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb.

Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsində yaxından maraqlıdır. Azərbaycan Avropa institutları ilə yaxından əməkdaşlıq edir.

İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko bildirib ki, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir, parlamentlərarası əlaqələr də inkişaf edir. Bu da iki ölkə arasında olan münasibətlərə öz töhfəsini verir.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Qeyd edilib ki, münaqişəyə dair İtaliya Senatının qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətlə bağlı” Qətnamə çox mühüm və tarixi əhəmiyyətə malikdir. Bu qətnamədə İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verdiyi öz əksini tapıb.

x x x

Milli Məclisin sədri Oqtay Əsədov İtaliya parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Dostluq Qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu, parlamentlərarası əlaqələrin də yaxşı səviyyədə olduğu qeyd edilib.

Bildirilib ki, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır. İndiyədək İtalyanın Azərbaycanda ticarət, sənaye, tikinti, xidmət, bank və sığorta sahələrində 100 şirkəti qeydiyyata alınıb. 2018-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6,22 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın xarici ticarətinin 20,11 faizinə bərabərdir. Cari ilin yanvar-mart ayları ərzində isə iki ölkə arasında 1,48 milyard dollar həcmində ticarət əməliyyatı həyata keçirilib. Bu gün hər iki ölkənin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər yüksək olsun. Vurğulanıb ki, ölkələrimiz arasında mütəmadi olaraq qarşılıqlı biznes forumları, işgüzar görüşlər keçirilir.

Görüşdə enerji sahəsindəki uğurlu əməkdaşlıqdan da danışılıb. Qeyd olunub ki, son illərdə Azərbaycan-İtaliya əlaqələri ikitərəfli münasibətlər müstəvisindən kənara çıxaraq bütövlükdə Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fəzasına qədəm qoyub.

Bizim “Şahdəniz”, “Abşeron”, “Ümid” və digər yataqlarımızda təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP qaz boru kəmərləri bu yataqlardan hasil olunan təbii qazı Avropa bazarına çıxaracaq.

Bu layihələr, ümumilikdə Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla da Avropa və İtaliya özünün enerji təminatında şaxələndirməni təmin etmiş olacaq. Bu layihələrin (“Şahdəniz-2”, TANAP, TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir.

İtaliya parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi də ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının münasibətlərin dərinləşməsində mühüm rol oynadığını vurğulayıb.

Görüşdə iqtisadi, siyasi sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Milli Məclisin sədri Oqtay Əsədov Romada yüksək səviyyəli rəsmi görüşlər keçirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib