Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusunda konfransın iştirakçıları ilə görüşüb

Milli Məclisin sədri TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusunda konfransın iştirakçıları ilə görüşüb

Bakı, 25 may, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova mayın 25-də “TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusunda konfransın iştirakçıları ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova qonaqları salamlayaraq, Milli Məclisdə təşkil edilmiş tədbirdə faydalı müzakirələr aparılacağına, tədbirin uğurla başa çatacağına ümidvar olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Milli Məclislə TÜRKPA arasında parlament diplomatiyası və model qanunların hazırlanması sahələrində faydalı əməkdaşlıq mövcuddur. Bugünkü konfrans Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının (Ombudsmanın) yaradılmasının 20 illiyinə həsr olunub. Bu yaxınlarda Türkiyənin Bursa şəhərində Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılması barədə Anlaşma Memorandumu imzalandıqdan sonra ombudsmanlar Bakıda yenidən bir araya gəliblər. Parlamentin spikeri bildirib ki, Türk dövlətlərinin qurumları arasında əməkdaşlığın həyata keçirilməsi dövlətlərarası münasibətlərə də öz töhfəsini verir.

Sahibə Qafarova Milli Məclisin İnsan hüquqları komitəsi ilə birgə keçirilən bu tədbirinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Türk dünyası ombudsmanlarının Bakıdakı toplantısı özlüyündə dünyaya verilən bir mesajdır. Bu, Türk dövlətlərinin İnsan hüquqlarının və azadlıqlarının qorunması işinə verdiyi böyük önəmin təzahürüdür.

Milli Məclisin sədri konfrans iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri barədə daşırarkən deyib ki, qonaqlar işğal olunmuş ərazilərdə olarkən, Ermənistan tərəfindən yaşayış məntəqələrinin, tarixi və mədəniyyət abidələrinin məhv edildiyinin şahidi olub. İşğalın davam etdiyi 30 il müddətində bu ərazilərdə hər şey dağıdılıb, dini, mədəni, tarixi abidələr vandalizmə məruz qalıb. İndi Azərbaycan hökuməti tərəfindən bu ərazilərdə genişmiqyaslı infrastruktur və quruculuq işləri həyata keçirilir. Məqsəd məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, onların pozulmuş konstitusion hüquqlarının bərpa edilməsidir.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarımız, mülki infrastruktur obyektləri də atəşə məruz qalıb. Yaşayış və qeyri-yaşayış sahələrinə ciddi ziyan dəyib, mülki əhali bu hərbi təcavüzdən əziyyət çəkib. Birinci və İkinci Qarabağ müharibələri dövründə Ermənistanın törətdiyi cinayətlər Azərbaycanın müvafiq qurumları tərəfindən rəsmiləşdirilib, müvafiq hesabat və bəyanatlar qəbul olunub. Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası çərçivəsində işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı missiyanın təşkil edilməsi Ermənistanın törətdiyi insan hüquq pozuntularına obyektiv qiymət verilməsinə töhfə verər.

Parlamentin sədri belə bir inam ifadə edib ki, Bakıda keçirilən konfrans çərçivəsində Türk Dövlətləri Ombudsmanları tərəfindən aparılacaq fikir mübadiləsi, veriləcək təkliflər Türk dünyasında İnsan hüquqlarının müdafiəsi işində faydalı olacaq.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva konfransın Milli Məclisdə keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib. Qeyd edilib ki, konfransın keçirilməsində məqsəd TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması sahəsində əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi aparmaqdır.

Bildirilib ki, tədbir çərçivəsində konfrans iştirakçılarının Şuşa şəhərində olması, işğaldan azad olunmuş ərazilərə baş çəkmələri onlarda güclü təəssürat oyadıb. Bu ərazilərdə ermənilərin törətdikləri dağıntılar və vandalizm hərəkətləri barədə müvafiq hesabatlar hazırlanaraq, nüfuzlu beynəlxalq qurumlara təqdim olunub və gələcəkdə də bu fəaliyyəti davam etdirilməsi nəzərdə tutulub.

Sonra tədbirdə iştirak edən TÜRKPA-ya üzv dövlətlərinin millət vəkilləri, ombudsmanları ölkəmizə səfərləri və keçirilən tədbirlər barədə fikirlərini bölüşüblər.

Görüşdə Türkiyə Respublikasının Baş ombudsmanı Şərəf Malkoç, Qazaxıstan Respublikasının ombudsmanı Elvira Azimova, Qırğız Respublikasının ombudsmanı Atır Abdrahmatova, Türkiyə İnsan Hüquqları Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Özbəkistan Respublikasının ombudsmanı Feruza Eşmatova, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyə, Qazaxıstan, Qırğız respublikalarının deputatları, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur