REGİONLAR
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Bakı, 25 yanvar, AZƏRTAC
2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri yanvarın 6-dan başlayıb və imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunur.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.
Növbəti “Açıq qapı” günü yanvarın 27-də keçiriləcək.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.