MƏDƏNİYYƏT


Mirzə Əsgərovun rəhbərlik etdiyi xor mövsümü Moskvada Şəhər Günü ilə başlayacaq

Bakı, 4 sentyabr, AZƏRTAC

Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xoru sentyabrın 9-da Moskva şəhərinin 870 illik yubileyi münasibətilə təşkil olunacaq bayram tədbirində iştirak etməyə dəvət olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat MDU-nun akademik xorunun “facebook” səhifəsində yer alıb.

MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarına Rusiya və digər ölkələrdən 200-dən çox bəstəkarın klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.