QAN YADDAŞI
Misir-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Qahirə, 25 fevral, AZƏRTAC
Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usama Əl-Əbd rəhbəri olduğu qrupun adından Xocalı soyqırımı ilə bağlı Azərbaycanın Misirdəki səfirliyinə bəyanat göndərib.
AZƏRTAC xəbər verir ki, bəyanatda qrupun üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisələrdən dolayı kədər hissi keçirdiklərini, Azərbaycan xalqının dərdinə şərik olduqlarını bildirirlər. Həmçinin dostluq qrupunun üzvləri ümidvar olduqlarını bəyan edirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin nizamnaməsi əsasında həllini tapacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə