DÜNYA
Misirdə qatarların toqquşması nəticəsində azı 32 nəfər həlak olub VİDEO
Qahirə, 26 mart, AZƏRTAC
Misirin Soga vilayətinin Tahta şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində azı 32 nəfərin həlak olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, qəzada yaralanmış 102 sərnişin yaxındakı xəstəxanalara çatdırılıb.
Misir Dəmir Yolu İdarəsinin məlumatında qeyd olunub ki, insident naməlum sərnişinin Luksor-İsgəndəriyyə istiqamətində hərəkət edən qatarın qəza tormozunu dartması nəticəsində baş verib. Ani relsdən çıxan qatar qarşıdan gələn başqa qatarla toqquşub.
Prezident Əbdülfəttah əl-Sisi qəzanın səbəbinin araşdırılması və təqsirkarların cəzalandırılması barədə göstəriş verib. O, həmçinin həlak olanların ailələrinə təzminat ödənilməsini tapşırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]