DÜNYA
Misirdə son bir sutkada yeni növ koronavirusdan 6 nəfər ölüb
Qahirə, 3 aprel, AZƏRTAC
Misirdə COVID-19 virusundan ölənlərin sayı 52 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bunu Misirin Baş Naziri Mustafa Madbuli bildirib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 6 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin biri İordaniya, qalanları Misir vətəndaşlarıdır.
Baş Nazir deyib ki, aprelin 2-də ölkədə koronavirusa 71 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 850 nəfərə çatıb. COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 22 nəfər koronavirusdan müalicə olunub. İndiyədək 179 koronavirus xəstəsi tam sağalıb. COVID-19 virusuna yoluxanların əksəriyyəti 52-59 yaş arasında olanlardır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]