DÜNYA
Misirdə törədilmiş terror aktı nəticəsində 7 nəfər ölüb
Qahirə, 9 aprel, AZƏRTAC
Misirin Sinay yarımadasının şimalındakı Şeyx Züveydə şəhərinin bazarında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfərin öldüyü, daha 26 insanın isə yaralandığı bildirilir.
AZƏRTAC ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin bazarın yerləşdiyi rayonda patrul xidmətini həyata keçirdikləri vaxtda təxminən 15 yaşında olan terrorçu-kamikadze polislərin yaxınlığında özünü partladıb. Qeyd olunur ki, terror aktı nəticəsində iki polis zabiti və iki polis nəfəri, habelə üç mülki şəxs həlak olub. Onlardan biri altı yaşında uşaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]