DÜNYA
Moldovanın yeni Baş Naziri seçilib
Kişineu, 14 noyabr, AZƏRTAC
Bu gün Moldova parlamenti ölkənin yeni Baş Nazirini seçib.
AZƏRTAC xəbər verir ki, səsvermə nəticəsində İona Kiku Moldovanın yeni Baş Naziri olub. Onun namizədliyini Moldova Prezidenti İqor Dodon irəli sürüb.
Xatırladaq ki, Moldova parlamenti Avropayönümlü “Acum” (“İndi”) bloku tərəfindən formalaşdırılan Maya Sandu hökumətinə etimadsızlıq votumu ifadə edib. Bu barədə qərar qanunverici orqanın noyabrın 12-də keçirilən iclasında qəbul olunub. Etimadsızlıq votumu səsvermədə iştirak edən 63 deputatın (101 deputatdan) dəstəyini qazanıb.
Moldova Sosialistlər Partiyasının təşəbbüsü ilə səsə qoyulan qərarı müxalif Demokratik Partiyasının deputatları dəstəkləyib. Parlamentin “Şor” partiyası fraksiyası və “Acum” blokunun hər iki fraksiyası səsvermədə iştirakdan imtina edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]