ELM VƏ TƏHSİL
Monoqrafiyada Azərbaycanda landşaftların xam neftlə çirklənməyə davamlılığı təhlil edilib
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun torpaq mikrobiologiyası laboratoriyasının müdiri Samirə Nəcəfova və professor Nəriman İsmayılovun həmmüəllifi olduqları “Azərbaycanda ixrac neft boruları boyu yerləşən landşaftların xam neftlə çirklənməyə davamlılığı” monoqrafiyası Rusiyada çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyanın rəyçiləri akademik M.Babayev və Əməkdar Elm Xadimi, professor A.Gərayzadədir.
Nəşrdə ilk dəfə Azərbaycanın təbii landşaftlarının xam neftlə çirklənməyə davamlılığının problemi bütün kompleks biogen və abiogen amillər nəzərə alınmaqla təhlil edilib. Ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı mövcud komponentlər arasındakı qarşılıqlı əlaqə və asılılıq prinsipi əsas götürülüb.