İQTİSADİYYAT
“Moody's”: Neftin qiyməti gələn ilədək 40-45 dollar arasında qalacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Neftin qiyməti 2021-ci ilə qədər 40-45 dollar arasında dəyişəcək.
AZƏRTAC xəbər verir ki, bu proqnozla “Moody's” beynəlxalq reytinq agentliyi çıxış edib.
Agentliyə görə, hazırda mənfi vəziyyətdə olan qlobal neft və təbii qaz sektoru 2021-ci ilin iyun ayınadək gözlənilən canlanmaya bağlı olaraq sabit gedişinin davam etdirəcək.
İnteqrasiya olunmuş neft və qaz şirkətləri bu ilin ikinci rübündəki canlanmanın ardından emal məhsullarına olan tələbatın artmasından faydalanacaq, lakin tələbat keçən ilə nisbətən 2021-ci ilə qədər zəif olacaq.
Aprel-iyun aylarını əhatə edən dövrdən sonra qismən artım tempinə yönələn neft qiymətləri 2021-ci ilədək 40-45 dollar/barrel arasında qalacaq.
Əgər neftin qiyməti iqtisadi dirçəliş fonunda orta müddətli perspektivdə bir barrel üçün 45-65 dollar aralığına yüksələrsə, neft-və qaz sektoru üçün də proqnoz müsbət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]