DÜNYA


Moskva Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidə missiyasının yerləşdiriləcəyinə ümid bəsləyir

Moskva Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidə missiyasının yerləşdiriləcəyinə ümid bəsləyir

Moskva, 29 mart, AZƏRTAC

Rəsmi Moskva Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidə missiyasının yerləşdiriləcəyinə ümid bəsləyir.

AZƏRTAC xəbər verir ki, bunu “RTVİ” saytına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, Rusiyanın Ermənistanla KTMT çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinin konstruktiv şəkildə həll olunacağına ümid etdiyini bildirib. M.Qaluzin qeyd edib ki, KTMT çərçivəsində əməkdaşlıq məsələləri Ermənistan xarici işlər nazirinin martın 20-də Moskvaya səfəri zamanı Rusiya XİN başçısı Sergey Lavrov ilə də müzakirə olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.