Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada Heydər Əliyevin nurlu xatirəsi yad edilib

Azərbaycanın Moskvadakı səfirliyində Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Moskva, 11 may, AZƏRTAC

Böyük və kiçik millət yoxdur, öz millətinin və ölkəsinin adını ucaldan böyük şəxsiyyətlər var. Fəaliyyəti ilə Azərbaycanın hüdudlarından uzaqlarda şəksiz nüfuz sahibi olan ümummilli lider Heydər Əliyev belə tarixi şəxsiyyətlərin pleyadasında xüsusi yer tutur. Bu sözlər Azərbaycanın Moskvadakı səfirliyində Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə səslənib. Rusiya ictimaiyyətinin görkəmli nümayəndələri bu böyük şəxsiyyətlə görüşlərinin məhrəm xatirələrini və təəssüratlarını bölüşmək üçün səfirliyin salonuna toplaşıblar.

Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş xatirə gecəsində səslənən çıxışların bəzilərindən parçaları oxucuların diqqətinə çatdırırıq.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:

-Heydər Əliyev bütün həyatını xalqına və Vətəninə xidmətə həsr edib. Heydər Əliyev Sovet İttifaqı dağılan zaman, - o, bu hadisəni qabaqcadan görən az sayda insanlardan biri idi və başa düşürdü ki, hər şey özünün məntiqi sonluğuna çatmaq üzrədir, - kiçik vətəninə - Naxçıvana qayıdır və Azərbaycan xalqı üçün ən ağır məqamda ölkəsinin rəhbəri olur. Azərbaycan yalnız Heydər Əliyevin bacarığı və nüfuzu sayəsində indiki ölkəyə çevrilib. Buna görə də onu müasir Azərbaycanın memarı adlandırırıq. O, ölkəyə çox çətin şəraitdə başçılıq edib. Hər şey gözümüzün önündə baş verib. Bura Heydər Əliyevi tanıyan və onunla işləyən insanlar toplaşıblar. Bu dünyada hər şey gəldi-gedərdir, amma elə adamlar var ki, onlar bütöv bir dövrü təcəssüm etdirirlər. Heydər Əliyevlə şəxsi münasibətləri olan böyük rəssam Tahir Salahov belə şəxsiyyətlərdəndir. Heydər Əliyev ona dərin hörmət bəsləyib və bir rəssam kimi təşəkkülü üçün çox işlər görüb. Burada böyük heykəltəraş və rəssam Zurab Sereteli, unikal insan, zəmanəsinin rəmzi sayılan, bu gün də Rusiya incəsənətinin bayraqdarı olan müğənni İosif Kobzon əyləşiblər. Burada Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda birlikdə işlədiyi silahdaşları əyləşiblər. Mən Azərbaycanda onun rəhbərliyi altında işləmişəm, onun dövründə mədəniyyət naziri olmuşam. Heydər Əliyevlə işləmək böyük məktəbdir. İndinin özündə də ən çətin anlarımda Heydər Əliyevin bizə öyrətdiklərini xatırlayıram.

Deyilənə görə, uğur qazanmış hər bir kişinin arxasında böyük qadın dayanır. Heydər Əliyevin həyatında belə bir qadın olub: çox sevdiyi və hörmət etdiyi Zərifə Əliyeva. Mənə Zərifə xanımla tanış olmaq səadəti nəsib olub. Zərifə xanım gənclərə həmişə çox diqqətlə yanaşır, onları hər cür dəstəkləyirdi. Zərifə Əliyeva görkəmli oftalmoloq alim kimi, Azərbaycanda göz xəstəliklərinin aradan qaldırılması üçün çox işlər görüb və iki gözəl övlad tərbiyə edib.

Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov:

-Sovet İttifaqının çox böyük nailiyyətləri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Siyasi Büronun üzvü olanda ən mürəkkəb layihələr məhz ona tapşırılırdı və o da 1985-ci ildə Gənclər İlinin keçirilməsi kimi humanitar məsələlərdən tutmuş körpü, keçid, Baykal-Amur Magistralının tikintisinədək istənilən vəzifənin öhdəsindən məharətlə gəlirdi. Harada işləyirsə-işləsin, onunla hətta azacıq təmasda olan adamlar belə etiraf edirdilər ki, o, böyük şəxsiyyətdir. Xalq onu müstəqil Azərbaycanda hakimiyyətə gətirəndə, o, daha böyük oldu və bu hadisə də respublika üçün ən lazımlı məqamda baş verdi. Demək olar, onda xalq Heydər Əliyevlə yenidən birləşdi. Mən Azərbaycan xalqını, Heydər Əliyevin fəaliyyətinə və həyatına birbaşa aidiyyəti olan insanların hamısını və ilk növbədə, əlbəttə, öz atasının işini layiqincə davam etdirən İlham Əliyevi təbrik edirəm.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

-Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi və müstəqil Azərbaycanın Prezidenti olanda mədəniyyət xadimlərinə - yazıçılara, kinematoqrafçılara, teatr xadimlərinə həmişə çox həssas münasibət bəsləyib. Azərbaycanda unikal yaradıcılıq azadlığı hökm sürüb. O, qayğıkeş bir ata kimi, insanları müxtəlif xoşagəlməz hadisələrdən qoruyub. Yaradıcı insanlar da bunu çox qiymətləndiriblər. Polad Bülbüloğlunun 50 yaşı tamam olanda Moskvadan çox böyük heyət gəlmişdi. Bakıda komendant saatı ləğv edildi. İndi bu barədə danışmaq asandır. Bu, çox çətin, gərgin və yoxsul bir dövrdə Bakıda bayram təşkil edildi. Heydər Əliyev bütün bunları nəyin naminə və nəyə görə etdiyini gözəl başa düşürdü. O, çox yaxşı başa düşürdü ki, millət mədəniyyət və incəsənət olmadan yaşaya bilməz. Heydər Əliyev çox müdrik və dərin insan idi. Azərbaycan Heydər Əliyev və İlham Əliyev sayəsində təkcə regionun deyil, həm də dünyanın çiçəklənən ölkələrindən birinə çevrilib. Mən İlham Əliyevə və Mehriban xanıma xoşbəxtlik və firavanlıq arzu edirəm. Onlar müdrik valideynlərinin layiqli övladlarıdır.

Ordu generalı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, MDB-nin icraçı katibi Sergey Lebedev:

-Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarına 1941-ci ildə gəlib və 26 il sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub. O, Azərbaycan SSR KP MK-nın birinci katibi kimi, Azərbaycanın inkişafına və tərəqqisinə misilsiz töhfə verib. Bu gün artıq keşməkeşli dönüş illəri olan 1990-cı illərdə onun fəaliyyətindən, Azərbaycanı vətəndaş müharibəsindən və sonrakı fəlakətlərdən xilas etməsindən danışdılar. Biz Azərbaycan xalqının Ulu Öndərini nəinki böyük ehtiramla, həm də böyük məhəbbətlə anırıq. Bu günlərdə faşist Almaniyası üzərində Qələbənin növbəti ildönümü qeyd edilib. Bu şanlı tarixə həsr olunmuş tədbirdə Azərbaycanın indiki lideri İlham Əliyevin xanımı ilə birlikdə şəxsən iştirak etməsini vurğulamaya bilmərəm. KİV-lərin çoxu Heydər Əliyevin Böyük Vətən müharibəsi illərində Azərbaycanda daxili təhlükəsizliyin təmin edilməsinə böyük töhfəsindən və müharibə veteranlarına qayğıkeş münasibətindən yazır. Azərbaycanın 700 mindən çox vətəndaşı faşizm əleyhinə döyüşlərdə iştirak edib və 100-dən çox Azərbaycan oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Rusiyanın Xalq Artisti İosif Kobzon:

-Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin inkişafında əsas rol oynayıb. Müdrik rəhbər Heydər Əliyev başıpozuqluğun baş alıb getdiyi, hakimiyyətin dəyişdiyi, hamının təlatümlərdən, vətəndaş müharibəsindən qorxduğu çox çətin bir məqamda hakimiyyətə gəlib. O, mənim konsertlərimə gəlirdi, çay süfrəsi arxasında söhbət edirdik. Düzünə qalsa, mən mədəniyyəti və incəsənəti başa düşən, vətənpərvərliyi qoruyan belə müdrik rəhbərə sahib olduqları üçün həmkarlarıma - Müslüm Maqomayevə və başqalarına qibtə edirdim. Heydər Əliyev bütün bunları ləyaqətli oğluna – xalqına və ölkəsinə atasının vəsiyyət etdiyi kimi rəhbərlik etməyə davam edən İlham Əliyevə təhvil verdi. Hər dəfə Azərbaycana gələndə onun yeni-yeni təşəbbüslərinin şahidi oluram. Mən çox şadam və fəxr edirəm ki, Azərbaycan kimi bir ölkə sürətlə inkişaf edir.

RF Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçov:

-Hər bir şəxsiyyətin böyüklüyü zaman keçdikcə aydın görünür. Heydər Əliyevin qeyri-adiliyi bundadır ki, onun şəxsiyyətinin miqyası yalnız artır. Onun müxtəlif dövrlərdə həyatını bütünlüklə həsr etdiyi işlər müxtəlif vəziyyətlərdə, müxtəlif təzahür və keyfiyyətlərdə müasir Azərbaycanda yaşayır, varisi, ölkənin indiki Prezidenti tərəfindən davam etdirilir. Ölkə yüksələn xətt üzrə son dərəcə sabit inkişaf edir. Bu, indiki mürəkkəb geosiyasi durumda çox çətindir. Təəssüf ki, Rusiya kimi, Azərbaycanın da xarici aləmdə çoxlu bədxahları var. Mən bu barədə AŞPA-da, ATƏT PA-da, bunlar kimi digər strukturlarda vaxtaşırı Azərbaycan ətrafında yaranan diskussiyalardan çıxış edərək mühakimə yürüdürəm. Müasir Azərbaycan öz ləyaqətini qoruyub saxlayır, suverenliyinə toxunmağa qoymur, yəni əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda adekvatlığını və milli maraqlara uyğunluğunu sübuta yetirən xətti davam etdirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK CANLI

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir