SİYASƏT


Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçiriləcək

Moskva, 13 noyabr, AZƏRTAC

Noyabrın 14-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin, Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Ticarət-Sənaye Palatasının və Rusiya Elmlər Akademiyasının dəstəyi ilə keçirilən tədbir MDBMİ-nin Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutu tərəfindən “Xəzərin elmi və innovasiyaları” Şurası ilə birgə təşkil edilib.

Forumda RF Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Şövqi Mehdizadə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin ekologiya kafedrasının müdiri Fəqan Əliyev və başqaları iştirak edəcəklər.

“Xəzər dialoqu” forumunun Proqram Komitəsinin həmsədrləri MDBMİ-nin rektoru Anatoli Torkunov və Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun elmi işçisi Valeri Salıqindir.

Forumun əsas sessiyasında Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ilin avqust ayında imzalanmış Konvensiya əsasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

Beynəlxalq forumun işində Xəzər regionu ölkələrinin dövlət orqanlarının rəhbərləri və aparıcı ekspertləri, Xəzəryanı dövlətlərin səfirləri, ən iri korporasiyaların və analitik mərkəzlərin nümayəndələri iştirak edəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.