Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Müasir standartlara cavab verən yeni neft-qaz emalı və neft-kimya kompleksi Azərbaycanın ən nəhəng sənaye müəssisəsi olacaqdır

Müasir standartlara cavab verən yeni neft-qaz emalı və neft-kimya kompleksi Azərbaycanın ən nəhəng sənaye müəssisəsi olacaqdır

Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycan bu gün öz tarixinin sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələri, sənaye parkları yaradılır və nəticədə sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar sayəsində ölkəmizə sərmayə yatıran xarici və müştərək müəssisələrinin sayı 3 dəfə artmışdır. Hazırda sənaye sahəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir və bunun müqabilində minlərlə iş yeri açılmışdır.

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, neft və qaz hasilatı və emalı sənayesində də böyük uğurlar qazanılmışdır. Bütün bunların təməlində ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi dayanır. Belə ki, 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi” neft və qaz sənayesinin sürətli inkişafına təkan vermişdir.

Azərbaycan artıq öz enerji təhlükəsizliyini təmin etmişdir. Karbohidrogenlərin hasilatı və nəqli üzrə keçirilən genişmiqyaslı layihələr, yeni yataqların kəşfi və əldə olunan uğurlar Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu əhəmiyyətli dərəcədə artırmışdır.

Bu gün dünyanın ən iri neft şirkətlərindən biri kimi tanınan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) malik olduğu müvafiq istehsal gücü və böyük elmi-texniki potensialından səmərəli istifadə etməklə neft-qaz sənayesinin müasirləşdirilməsi istiqamətində gördüyü işləri uğurla davam etdirir. Son 15 ildə ARDNŞ yeni yataqların kəşfiyyatı və hasilatında, əldə olunan neft və qazın magistral kəmərlər sistemi ilə dünya bazarlarına ixracının təşkilində mühüm irəliləyişlərə nail olmuşdur.

Neft-kimya sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə Prezident İlham Əliyev ölkədə yeni neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası ilə bağlı sərəncam imzalanmışdır. Sərəncamın icrası ilə əlaqədar kompleks üçün Bakı şəhərindən 60 kilometr aralıda, Səngəçal terminalının yaxınlığında 4 min 200 hektara yaxın ərazi ayrılmışdır.

Bu nəhəng kompleksə daxil olan sənaye müəssisələrinin birinci növbəsinin bünövrəsinin cari ildə qoyulması nəzərdə tutulur. Prezident İlham Əliyev layihəni yüksək qiymətləndirərək demişdir: “Bu layihə yaxın onilliklər üçün Azərbaycan iqtisadiyyatının energetika və qeyri-neft sektorlarının gələcəyini müəyyən etməyə imkan verəcəkdir. Həmin layihənin həyata keçirilməsi ölkənin ixrac potensialını da xeyli artıracaqdır”.

Layihənin ümumi dəyəri təxminən 14-15 milyard dollar, gələcək kreditlər üzrə bank faizləri ilə birlikdə 16-17 milyard dollardır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu layihəyə 30-40, xarici investorların isə 60-70 faiz sərmayə qoyacağı gözlənilir.

Kompleksin tərkibinə ildə 10 milyard kubmetr istehsal gücü olan qaz emalı, 10 milyon ton istehsal gücünə malik neft emalı, 2 milyon ton kimya məhsulları istehsal edəcək neft-kimya zavodları daxil olacaqdır.

İlk növbədə qaz emalı zavodu tikintisi planlaşdırılır. Zavodda yataqlardan çıxarılan xammal, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən səmt qazı emal olunacaqdır. Qaz emalı zavodunun layihələndirməsi işi üçün ARDNŞ və İsveçrənin beynəlxalq mühəndislik, tikinti və layihələrin idarə edilməsi şirkəti olan “Foster Wheeler AG” ilə birgə müəssisə yaradılmışdır. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Daha sonra neft-kimya kompleksi və neftayırma zavodu tikiləcəkdir. Bu zavodda A-92, A-95, A-98 markalı avtomobil benzinləri, reaktiv və dizel yanacaqları istehsalı həyata keçiriləcəkdir. Həmin məhsullar “Avro-5” standartına cavab verəcəkdir. Gələcəkdə Azərbaycana daha qənaətli avtomobillərin ixracını stimullaşdırmaq üçün dizel yanacağı istehsalına xüsusi diqqət yetiriləcəkdir. Mütəxəssislərin fikrincə dünya bazarlarında ən bahalı yanacaq hesab edilən reaktiv yanacağın böyük həcmdə istehsalı da olduqca sərfəlidir. Neft emalı zavodunun məhsullarının xeyli hissəsinin Aralıq dənizi ölkələrinə - Türkiyə, Gürcüstan və başqa dövlətlərə ixrac edilməsi nəzərdə tutulur.

Kompleksdə kimya və gübrə məhsullarının istehsalı məqsədilə “Exxon Mobile” (ABŞ), “İneos” (İngiltərə), “Basell” (Hollandiya), “Uhde” (“Thysenn Krupp” - Almaniya), “Technip” (Fransa), KBR (İngiltərə) firmalarının müasir texnologiyaları tətbiq olunacaqdır. Artıq ARDNŞ ilə həmin şirkətlər arasında müvafiq müqavilələr və əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır.

Kompleksin elektrik enerjisi ilə təmin olunması üçün yeni elektrik stansiyası tikiləcəkdir.

Hazırda “Fugro Survey Ltd. (Caspian)” şirkəti tərəfindən kompleksin inşa ediləcəyi ərazidə detallı geofiziki, geotexniki və hidroloji işlər həyata keçirilir.

Xüsusi əhəmiyyət kəsb edən daha bir məqam ondan ibarətdir ki, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacaq, yeni iş yerləri açılacaq, əhalinin məşğulluğu təmin ediləcəkdir. Kompleksin bütövlükdə 2020-ci ilin sonunda istismara verilməsi planlaşdırılır. Bu müddət ərzində kompleksin tikintisinə 15 mindən çox işçi qüvvəsinin və mütəxəssisin cəlb olunması gözlənilir.

Rəqabətədavamlı, müasir standartlara cavab verən yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşası Azərbaycanın yeni meqalayihəsi kimi dünyada yüksək dəyərləndirilir.

Nihat Budaqov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib