Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT dilemma qarşısında…

BMT dilemma qarşısında…

Bakı, 15 iyul, AZƏRTAC

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə çıxışı zamanı çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlətimizin başçısının diqqət yetirdiyi məsələlərdən biri də multilateralizm siyasəti və beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin fəaliyyətinin mövcud çağırışlara adekvat olmaması idi. Azərbaycan Prezidenti qeyd etdi ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir.

Bu fikirlər YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərlinin “BMT dilemma qarşısında…” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Baş katibin etirafı, yaxud islahat labüddür

Reallıq budur ki, BMT artıq adekvat və ədalətli təsir mexanizmlərinə malik olmayan sıradan bir təsisata çevrilib, təşkilat daxilində ciddi struktur islahatlarına ehtiyac var. Əsas qərar qəbuletmə və veto hüququnun BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündə (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin) olması beynəlxalq münasibətlərin tənzimlənməsində məhdudiyyətlər yaradır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət öncə bu məsələyə toxunaraq demişdi: “Dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümkünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər”. Etiraf dedikdə isə, ilk növbədə, BMT-nin sabiq Baş katibi Pan Gi Munun məsələ ilə əlaqədar fikirləri yada düşür: “BMT-də zəruri islahatlar aparılmasının vaxtı çatıb, lakin bu işdə, hələ ki, nəticə əldə etmək mümkün olmayıb”. Baş katib Antonio Quterreşin də yanaşması xələfindən fərqlənmir: “Təşkilat artıq müasir reallıqlara uyğun gəlmir, çünki 1945-ci ildə formalaşdığı zaman dünya düzəninə uyğun olub. Həmin sistem köhnəlib və təsirini itirib”.

İkili standartlar və hegemon güclərin geosiyasi inhisarı

Ümumiyyətlə, BMT daxilində islahatlardan, təşkilatın beynəlxalq hadisə və proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən diqqət iki məsələyə yönəldilir:

- Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməsi;

- “Beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində dəyişikliklər - əlavələr və düzəlişlər edilməsi.

Yetmiş ildən artıq müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların qaçılmaz olduğunu qeyd-şərtsiz təsdiqləyir.

Dünyada və BMT tarixində ilk...

Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar qəbul edilmiş 4 (822, 853, 874 və 884 saylı) qətnamənin yerinə yetirilməməsindən gedir. Əlbəttə, bəhs olunan arzuolunmaz hal, eyni zamanda, BMT-nin nüfuzuna - siyasi reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, hərbi-siyasi resursları vasitəsilə problemi həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən və destruktiv mövqeyindən uzun müddət əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Bu, yeni bir presedentin əsasının qoyulması idi. Və Azərbaycan dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi!

Dünya beşdən böyükdür , yaxud “beşlik” islahatlara qarşı...

Ekspertlərin qənaətinə əsasən, BMT-də islahatların əleyhinə çıxanlar elə Təhlükəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan bir sıra dövlətlərdir. Çünki onlar ənənəvi mövqelərini və təsir imkanlarını əldən vermək istəmirlər. Hətta bir müddət öncə “əgər yeni ölkələr “beşliyə” əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır” yanaşmasının irəli sürülməsi bu reallığı təsdiqləyir.

Nizamnamənin dəyişdirilməsi çıxış yoludur?

Doğrudur, bəzi ekspertlər islahat üçün, ilk növbədə. BMT-nin Nizamnaməsinin dəyişdirilməsini çıxış yolu kimi dəyərləndirsələr də, bu, sıradan və asan məsələ deyil. Prosedur qaydaları kifayət qədər mürəkkəbdir. Nizamnamənin XVIII fəslində ona dəyişikliklər edilməsinin iki alternativ proseduru nəzərdə tutulur: birincisi, Baş Assambleya tərəfindən, ikincisi isə ona yenidən baxılması üzrə konfrans vasitəsilə. 108-ci maddədəki qeydə əsasən, Nizamnaməyə düzəlişlər Təşkilatın bütün üzvləri üçün Baş Assambleyanın üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edildikdən və Təhlükəsizlik Şurasının bütün daimi üzvləri daxil olmaqla, təşkilatın üzvlərinin üçdə ikisi tərəfindən, onların müvafiq konstitusiya qaydalarına uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minir. 109-cu maddədə isə göstərilir ki, bu Nizamnaməyə yenidən baxılması məqsədilə Baş Assambleyanın üzvlərinin üçdə iki səs çoxluğu və Təhlükəsizlik Şurasının hər hansı doqquz üzvünün səsi ilə müəyyən edilməli olan vaxtda və yerdə BMT üzvlərinin Ümumi Konfransı çağırıla bilər. Göründüyü kimi, heç bir düzəliş, yaxud dəyişiklik Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin razılığı olmadan reallaşdırıla bilməz. Ona görə də BMT-də struktur islahatlarının aparılması tərəfdarı olmayan qüvvələr, ilk növbədə, Nizamnamənin dəyişdirilməsinin çətin, hətta “qeyri-mümkün” olması məsələsindən siyasi bəhanə kimi istifadə edirlər.

120 ölkənin iradəsini ifadə edən Hərəkata nə üçün daimi yer verilməsin?

Buna baxmayaraq, BMT-də islahatlar üçün alternativlər kifayət qədərdir. Prezident İlham Əliyev bu kontekstdə çox önəmli məqama toxunaraq qeyd edib: “BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.

Əlbəttə, Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Hərəkat sıralarında 120 ölkəni birləşdirir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, beynəlxalq siyasi gündəmin, o cümlədən BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Digər tərəfdən, təşkilatın fəaliyyəti “Bandunq prinsipləri” əsasında tənzimlənir. “Bandunq prinsipləri” təşkilat sıralarında olan dövlətlərin xarici siyasət prioritetlərinə uyğundur və əlaqələrin formalaşdırılması və inkişafı, əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi-hüquqi baza rolunda çıxış edir. Bütün bunları nəzərə alaraq 120 ölkənin iradəsini ifadə edən Qoşulmama Hərəkatına BMT Təhlükəsizlik Şurasında daimi yer verilməsi ədalətli seçim və bəşəriyyətin mənafeyinə xidmət edən dünya nizamının formalaşmasına mühüm töhfə olar.

Bütövlükdə, BMT dilemma qarşısındadır: “ya olum, ya ölüm”. Təşkilatın xilası - inam və etimadın, korlanmış imicin bərpası üçün islahat ya olmalı, ya da olmalıdır. İkinci yol yoxdur!

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir