SİYASƏT
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
Bakı, 23 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tam tərsinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [10:14]
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO
- 25.04.2024 [10:31]
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]