ORDU
Müdafiə Nazirliyinin rəhbərliyi bir sıra hərbi obyektlərin açılışında iştirak edib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bir sıra obyektlərin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müasir tələblərə cavab verən yanacaq-sürtkü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.
Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa olunan yeməkxananın açılışında iştirak edərək, şəxsi heyətlə birlikdə nahar edib.