ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

Bakı, 20 iyul, AZƏRTAC 

Bu il iyulun 19-da ibtidai sinif müəllimliyi və ingilis dili üzrə keçirilmiş test imtahanlarında 2.958 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq ibtidai sinif müəllimliyi üzrə 57, ingilis dili üzrə 58 bal qeydə alınıb.

İyulun 20-də aparılan ingilis və alman dilləri üzrə test imtahanlarında 3.423 namizədin iştirakı nəzərdə tutulur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.