MƏDƏNİYYƏT
Muğam Mərkəzində gənc solistlərin konserti olub
Bakı, 20 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il 10-cu dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları və musiqi layihələri ilə davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində növbəti konsert proqramı sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində təqdim olunub. “Zirvəyə doğru” adlı konsertdə gənc solistlər Zülfiyyə Sadıqova (piano) və Azər Dəmirovun (violin) ifaları dinlənilib.
Konsert proqramında İ.Bramsın sonataları, F.Listin iki saylı konsert etüdü, Murad Kajlayevin fortepiano üçün prelüdləri, Qara Qarayevin “Yeddi gözəl” baletindən Adagio ariyası və Fikrət Əmirovun “Muğam poema”sı səsləndirilib.
Gənc ifaçıların çıxışı maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]