REGİONLAR


Multikulturalizm dini radikalizmə qarşı ən mükəmməl mübarizə formasıdır

Lənkəran, 12 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Şovu kənd tam orta məktəbində “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri, Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, müəllimlər və şagirdlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, maarifləndirmə tədbirində çıxış edənlər gənclərin radikal dini təsirlərdən və digər zərərli vərdişlərdən qorunmasının vacibliyini vurğulayaraq radikal dini qruplar və onlara qarşı aparılan mübarizə tədbirləri barədə danışıblar.

Qeyd olunub ki, dini radikalizm cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Ölkəmiz dünyada radikalizmdən uzaq, multikultural və tolerant dəyərlərə yüksək qiymət verən dövlət kimi tanınır. Azərbaycanda dövlət-din münasibətləri, multikulturalizm və tolerantlıq xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlər üzərində bərqərar olub.

Diqqətə çatdırılıb ki, multikulturalizmin, tolerantlığın və milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğu və inkişaf etdirildiyi cəmiyyətlərdə isə bütün cəhdlərə baxmayaraq, radikal və qeyri-ənənəvi dini cərəyanların fəaliyyəti birmənalı olaraq qəbul olunmur. Çünki multikulturalizm dini radikalizmə, xurafata və mövhumata qarşı mübarizədə ən mükəmməl mübarizə formasıdır.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.