MƏDƏNİYYƏT


Musiqi məktəbi dahi bəstəkar Karl Çerninin 230 illiyi münasibətilə konsert keçirəcək

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi görkəmli Avstriya bəstəkarı və pianoçusu, Avropada ən möhtəşəm fortepiano məktəbinin yaradıcısı, ifaçılıq ustalığının artırılmasına dair çoxsaylı əsərlərin müəllifi olan böyük pedaqoq Karl Çerninin 230 illiyi münasibətilə məruzə-konsert keçirəcək.

İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin müəllim və şagird heyəti izləyicilərə Karl Çerninin ömür yolu haqqında materialı və indiyədək səsləndirilməmiş əsərlərindən seçmələri təqdim edəcək.

Xatırladaq ki, milliyyətcə çex olan tanınmış Avstriya bəstəkarı və ifaçısı Karl Çerni 1791-ci il fevralın 21-də anadan olub. O, pianoçu və pedaqoq Ventsel Vatslav Çerninin oğludur. Karl fortepianoda ifa etməyi Lüdviq van Bethovendən öyrənib. Çerni XIX əsrin 1-ci yarısında ən möhtəşəm piano məktəblərindən birini yaradıb. Onun şagirdləri arasında F.Listin, S.Talberqin, T.Dölerin, T.Kullakın, T.Leşetitskinin adını çəkmək olar. Çerninin əsərləri indi də fortepiano ifaçılığının tədrisində mühüm mənbə kimi müraciət olunan dərsliklərdəndir.

Məruzə-konsert fevralın 22-də məktəbin "YouTube" kanalı vasitəsilə yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.