Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Yeni texnikalardan istifadə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, ekoloji-sanitar mədəniyyətin formalaşmasına da böyük təsir göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 19-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 16 traktor və qoşqusu, eləcə də 2 “NAZ Lifan – 330” markalı avtomobil təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov deyib ki, muxtar respublikada kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır. Müasir üslubda tikilən kənd mərkəzlərində bələdiyyələr üçün müasir iş şəraiti yaradılır, fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurmaları üçün lazımi infrastruktur formalaşdırılır. Ali Məclis Sədrinin tapşırığı ilə 2017-ci ildən başlayaraq bələdiyyələr digər fəaliyyət növləri ilə yanaşı, kommunal xidmətlərin də həyata keçirilməsinə başlayıblar. Bələdiyyələr öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, daim dezinfeksiya tədbirlərinin vaxtında keçirilməsi muxtar respublikada epidemioloji vəziyyətə də təsir göstərib. Bu gün bələdiyyə üzvləri ilə yanaşı, muxtar respublika bələdiyyələrində 240-dan artıq əmək müqaviləsi ilə işçi işə cəlb olunub ki, onlardan 66-sı avtonəqliyyat vasitələrinin sürücüləridir. Kommunal təyinatlı texnikaların verilməsi bələdiyyələrin işinin yaxşılaşdırılması ilə bərabər, əhaliyə göstərilən xidmətin də keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Səbuhi Məmmədov muxtar respublika bələdiyyələri və sakinlər adından yaradılan şəraitə görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. O Qanunun müvafiq maddəsində göstərilir ki, bələdiyyələrin bir vəzifəsi də bələdiyyə ərazilərinin abadlaşdırılması, bələdiyyə ərazilərində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi, eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısının alınmasından ibarətdir. Bu vəzifələrin yerinə yetirilməsi üçün isə bələdiyyələrin şəraiti, imkanları olmalıdır. Bu gün muxtar respublikada 170 bələdiyyə fəaliyyət göstərir. Onlardan əhalisinin sayı 5 mindən yuxarı olan 5 şəhər, 3 qəsəbə və 7 kənd bələdiyyəsi vardır. Onlar artıq lazımi nəqliyyat vasitələri ilə təmin olunublar. Bu gün alınan 16 texnika da yerləşdiyi ərazi və əhalisinin sayı nəzərə alınaraq bələdiyyələrə verilir. Artıq bu gün muxtar respublikada 60-dan yuxarı bələdiyyənin bu cür imkanları var. Eyni zamanda hər bələdiyyənin qonşu bələdiyyəyə xidmət göstərmək imkanı da vardır.

“Bələdiyyələrin iş şəraiti yaxşılaşdırılır, yeni tikilən kənd mərkəzlərində bələdiyyələr üçün iş otaqları ayrılır”, - deyən Ali Məclisin Sədri bildirib ki, müasir iş şəraiti imkan verir ki, bələdiyyələr əhali ilə rahat işləyə bilsin. Bu texnikalar ərazinin abadlaşdırılması, təmizliyi ilə bərabər, yeni iş yerləri deməkdir. Artıq burada 16 mütəxəssis işə cəlb olunacaq, həmçinin müqavilə yolu ilə onlarla şəxs işə götürüləcəkdir. Bir sözlə, bu gün bələdiyyələrin fəaliyyətinin təmin olunması üçün lazımi işlər görülür. Bələdiyyələr də fəaliyyətlərini qanunauyğun olaraq həyata keçirməlidirlər. Bələdiyyələr, sadəcə, yaradılmış formal təşkilat deyil, onlar seçilmiş təşkilatlardır. Ona görə də əhali ilə qarşılıqlı əlaqə qurulmalı, rayon icra hakimiyyətləri bələdiyyələrlə işə üstünlük verməli, işin səmərəliliyi artırılmalıdır. Bələdiyyələr bu gün dövlətin xalq tərəfindən seçilmiş orqanı kimi fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanununa uyğun qurmalıdır.

Ali Məclisin Sədri bələdiyyə sədrlərini yeni texnikaların təqdim olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.

Ordubad bələdiyyəsinin sədri Eldar Zeynalov deyib: “Bələdiyyələrin maddi-texniki bazası gücləndirilib. Ali Məclis Sədrinin bələdiyyələrlə görüşündə verdiyi tapşırıqları rəhbər tutaraq çalışırıq ki, fəaliyyətimizi günün tələbləri səviyyəsində quraq”.

Sonra texnikalara baxış olub. Məlumat verilib ki, yeni kommunal təyinatlı 16 traktor və qoşqusu Şərur rayonunun Gümüşlü, Kürçülü, Oğlanqala və Dərvişlər, Babək rayonunun Vayxır, Yuxarı Uzunoba və Didivar, Ordubad rayonunun Aşağı Əndəmic və Üstüpü, Culfa rayonunun Əlincə və Kırna, Şahbuz rayonunun Kükü və Külüs, Kəngərli rayonunun Çalxanqala və Böyükdüz, Sədərək rayonunun Qaraağac bələdiyyələrinin istifadəsinə verilir. Yeni texnikalar qeyd olunan yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına şərait yaradacaqdır. Həmçinin Şərur və Ordubad bələdiyyələrinə 2 “NAZ Lifan - 330” markalı minik avtomobili verilib.

Şərur bələdiyyəsinin sədri Orxan Ağayev rayon bələdiyyələri adından göstərilən qayğıya görə minnətdarlıq edərək deyib: “Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da abadlıq və quruculuq işləri davam etdirilmişdir. Rayonunun mərkəzi küçələrindən ucqar dağ kəndlərinə qədər aparılan abadlıq-quruculuq işləri Şərur şəhərini daha da gözəlləşdirib və müasirliyə qovuşdurub. Söz veririk ki, qurulanları göz bəbəyimiz kimi qoruyub saxlayacaq, verilən xidməti avtomobil və texnikalardan səmərəli istifadə edəcəyik. Bundan sonra da verilmiş tapşırıqların vaxtında icrası üçün səylə çalışacaq, fəaliyyətimizi günün tələblərinə uyğun quracağıq”.

Ali Məclisin Sədri texnikalardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub