İQTİSADİYYAT
Muzdla işləyənlərin 6,5 faizi tikintidə çalışmışdır
Bakı, 17 aprel (AZƏRTAC). Cari il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 494,1 min nəfər olmuşdur. Onlardan 898,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, muzdla işləyənlərin 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 6,5 faizi tikintidə, 5 faizi nəqliyyat və anbar təsərrüfatında, 17,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 426,4 manat olmuşdur. İqtisadiyyatın tikinti sektorunda, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]