CƏMİYYƏT
“N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasının 27-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər və zabitlərlə görüş keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, əsgərlər və zabitlərlə görüşdə çıxış edənlər tədbirin əsas məqsədinin bayram ərəfəsində şəxsi heyətə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olduğunu bildiriblər.
Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Sonda Qaradağ rayon Mədəniyyət evinin kollektivinin konserti olub.