Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Namiq Şalbuzov: Dövlət Proqramının hədəfi 2022-ci ildə xam pambıq istehsalını 500 min tona çatdırmaqdır

Namiq Şalbuzov: Dövlət Proqramının hədəfi 2022-ci ildə xam pambıq istehsalını 500 min tona çatdırmaqdır

Pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramına baxış

Bakı, 25 oktyabr, AZƏRTAC

İqtisadiyyatın şaxələndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması və bu istiqamətdə bütün potensialın səfərbər edilməsi ölkənin əsas təbii sərvətlərindən olan neftin qiymətinin aşağı düşməsi fonunda mühüm iqtisadi-sosial əhəmiyyətə malikdir. Ölkə iqtisadiyyatının mühüm sahələrindən birinin də kənd təsərrüfatı olmasını nəzərə alsaq, bu sektorun ixrac potensialından maksimum yararlanmaq üçün münbit şəraitin yaradılması vacib şərtlərdəndir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzovun mövzu ilə bağlı qeydlərini təqdim edir:

Dövlət Proqramında pambıqçılığın əsas inkişaf istiqamətləri müəyyənləşdirilib

Ötən ildən etibarən əsas ixracyönümlü kənd təsərrüfatı məhsullarından olan pambıqçılığın inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bununla bağlı olaraq regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, pambıqçılığın inkişafına dair respublika müşavirəsində və digər tədbirlərdə Prezident İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsinin əhəmiyyəti və zəruriliyi ilə bağlı fikirlərini bildirib, əsas problemli məqamları qeyd edib və onların həlli ilə bağlı tapşırıqlar verib. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanının 1.3-cü bəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafının sürətləndirilməsi, pambıq məhsullarının ixracının artırılması, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılmasıdır. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün yerinə yetirilməsi nəzərdə tutulan vəzifələr və pambıqçılığın inkişaf istiqamətləri müəyyənləşdirilib. Burada pambıqçılığın dəyər zənciri üzrə infrastrukturun gücləndirilməsi, ixracın stimullaşdırılması və dəstəklənməsi, institusional tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Proqramının icrasının əsas nəticəsi kimi, 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.

Göründüyü kimi, Dövlət Proqramında ölkədə pambıqçılığın inkişafının bütün əsas məqamları nəzərə alınıb və bu, son nəticədə sahənin dəyər zəncirinin bütün həlqələri boyunca inkişafına təkan verilmiş olacaq.

                                  Pambıqçılıqda qlobal trendlər

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması zamanı bir sıra qlobal amillər nəzərə alınmalıdır.

Dünyanın 80-dən çox ölkəsində pambıq yetişdirilməsinə baxmayaraq, hazırda Hindistan, Çin və ABŞ pambıq istehsalında dominantlıq edir. Belə ki, son statistik göstəricilərə əsasən, 2016-2017-ci illər mövsümündə dünya üzrə istehsal edilən pambığın 61,9 faizi bu ölkələrin payına düşüb. Postsovet ölkələri içərisində Türkmənistan və Özbəkistanın həmin dövrdə dünya pambıq istehsalında payı 4,9 faiz olub.

Dünya üzrə hər hektardan yığılan pambığın miqdarı keçən illər ərzində əhəmiyyətli dərəcədə artıb. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, hər hektara düşən orta məhsuldarlıq son 20 ildə hər il orta hesabla 1 faiz artaraq 732 kiloqram mahlıca yüksəlib. Digər maraqlı fakt isə məhsuldarlıq göstəricisinin pambıq istehsal edən ölkələr üzrə kəskin fərqlənməsidir. Məsələn, əgər Avstraliyada 2016-2017-ci illər mövsümündə hər hektardan orta hesabla 1833 kiloqram mahlıc alınmışdısa, bu göstərici Özbəkistanda 642 kiloqram, Konqoda isə 109 kiloqram olub.

Ötən 20 ildə pambıq idxalının coğrafiyasında ciddi dəyişiklik baş verib. Əgər 2000-ci illərin ortalarınadək pambığın əsas idxalçısı Avropa ölkələri idisə, son illər əsas pambıq idxalçıları Asiya ölkələridir. Ümumiyyətlə, istehsal olunan pambığın orta hesabla 35 faizi dünya bazarına çıxarılır. Hazırda (2016/2017 mövsümündə) Banqladeş dünya bazarına çıxarılan pambığın 17,8 faizini idxal etməklə, dünya pambıq bazarında əsas idxalçı sayılır. Digər önəmli pambıq idxalçıları Vyetnam (14,2 faiz), Çin (12,7 faiz) və Türkiyədir (10,5 faiz).

Yuxarıda da qeyd edildiyi kimi, Hindistan və Çinin dünyanın ən böyük pambıq istehsalçıları olmasına baxmayaraq, son 10 ildə ABŞ dünya bazarında əsas pambıq ixracatçısıdır. Təkcə 2016-2017-ci illər mövsümündə dünya bazarına çıxarılan pambığın 34,6 faizi ABŞ-ın payına düşüb. Digər önəmli pambıq ixracatçıları Hindistan (11,9 faiz), Avstraliya (11,6 faiz) və Braziliyadır (8,2 faiz). Maraqlı fakt kimi qeyd etmək olar ki, göstərilən dövrdə dünya bazarına çıxarılan pambığın 10 faizi Özbəkistan, Türkmənistan və Tacikistanın payına düşüb.

Geni dəyişdirilmiş pambıq istehsalı son illər dünyada geniş yayılıb. Geni dəyişdirilmiş pambığın yetişdirilməsinə 1996-cı ildən başlanmasına baxmayaraq, 2015-ci ildə dünya pambıq əkin sahələrinin 78 faizindən çoxunda geni dəyişdirilmiş pambıq əkilib. Dünyanın ən iri pambıq ixracatçısı olan ABŞ-da 2015-ci ildə istehsal olunan pambığın 94 faizi geni dəyişdirilmiş pambıq olub. Geni dəyişdirilmiş pambıq istehsalı məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa, eləcə də maya dəyərini azaltmağa imkan verir (əsasən istehsal vasitələrinə, məsələn, zərərvericilərə qarşı mübarizə vasitələrinə qənaət etməklə). Geni dəyişdirilmiş pambıq istehsalı ilə yanaşı, son illər orqanik pambıq istehsalı da dünya üzrə artıb. Buna baxmayaraq, hazırda orqanik pambıq istehsalı dünya üzrə ümumi pambıq istehsalının yalnız 1 faizini təşkil edir.

Azərbaycanda pambıq istehsalı və emalının mövcud vəziyyəti

Məhsuldarlıq. Ümumilikdə ölkədə pambıq istehsalı üzrə ən məhsuldar dövr 1976-1986-cı illəri əhatə edir. Bu dövrdə ölkə üzrə orta məhsuldarlıq göstəricisi 28,4 sentner/hektar olub. Maksimal məhsuldarlıq isə 1981-ci ildə qeydə alınıb - 35,9 sentner/hektar. Son 10 ildə (2007-2016) isə orta məhsuldarlıq 17,4 sentner/hektar, 2016- ildə 17,3 sentner/hektar təşkil edib. Artıq qeyd edildiyi kimi, geni dəyişdirilmiş pambıq istehsalı son illər dünyada geniş vüsət alıb və 2015-ci ildə dünya pambıq əkin sahələrinin 78 faizindən çoxunda geni dəyişdirilmiş pambıq əkilib. Geni dəyişdirilmiş pambıq istehsalı məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa, eləcə də zərərvericilərə qarşı mübarizə vasitələrinə qənaət etməklə, quraqlığa davamlılığı ilə maya dəyərini azaltmağa imkan verir. Bu isə yerli istehsalın dünya bazarında rəqabətqabiliyyətinə öz təsirini göstərməkdədir. Pambığın ərzaq məhsulları kateqoriyasına daxil olmadığını nəzərə alaraq, ölkəmizdə də geni dəyişdirilmiş pambıq istehsalının tətbiqi imkanlarına baxmaq olar.

Torpaq resurslarından səmərəli istifadə. Məlum olduğu kimi, respublikada kənd təsərrüfatına yararlı torpaqların sahəsi məhduddur və kənd təsərrüfatının istehsal strukturu formalaşdırılarkən mütləq şəkildə torpaq resurslarından səmərəli istifadə diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan Dövlət Proqramında rayonlar üzrə pambığın optimal əkin sahəsinin müəyyənləşdirilməsi və ixtisaslaşmanın dərinləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbir mühüm əhəmiyyətə malikdir. Məsələn, 1 hektar pambıq sahəsindən əldə edilən mənfəət orta hesabla 300 manat təşkil etdiyi halda, Aran iqtisadi rayonu üzrə 1 hektar tərəvəz sahəsindən əldə edilən mənfəət orta hesabla 2000 manata çatır. Beləliklə, pambığın əkin sahəsi müəyyənləşdirilərkən bu kimi amillərin nəzərə alınması torpaqların səmərəli istifadəsini təmin etmiş olacaq.

Pambığın emalı. Xam pambığın emalının səmərəli təşkili bu sahədən əldə edilə biləcək iqtisadi səmərənin daha da yüksəldilməsi baxımından önəmlidir. Pambıqçılıq sahəsinin inkişafı yüngül və yeyinti sənayesinin inkişafına zəmin yaradır. İqtisadi əhəmiyyətinin və inkişaf imkanlarının son dərəcə yüksək olmasına baxmayaraq, bu sahədə potensialdan hələ də tam istifadə edilməyib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son illərdə pambıq mahlıcının istehsal həcmi 8,3 dəfə azalıb. Əgər 2006-cı ildə ölkədə 54,8 min ton pambıq mahlıcı istehsal edilirdisə, 2016-cı ildə bu göstərici 17,1 min ton olub. Bu isə əsasən, artıq qeyd edildiyi kimi, xam pambıq istehsalı həcminin aşağı düşməsi ilə əlaqədardır. Müqayisə olunan dövrdə pambıq ipliyinin istehsal göstəricisi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2006-cı ildə ölkədə 4 min ton pambıq ipliyi istehsal edilirdisə, 2016-cı ildə bu göstərici 4,85 dəfə artaraq 19,4 min tona çatıb. Son illərdə xarici bazarlarda, xüsusilə də Rusiya və Türkiyədə pambıq ipliyinə olan yüksək tələbat ölkədə pambıq ipliyinin istehsalını stimullaşdırıb.

Pambıq emalından alınan digər məhsullar isə daha dərin emal məhsullarıdır. Ölkəmizdə bu məhsullardan əsasən pambıq parçalar, yataq ağları və yeməkxana ağları istehsal edilir.

Qeyd edilməlidir ki, emal məhsullarının əsas hissəsi Bakı və Sumqayıt şəhərlərində və qismən də Gəncə şəhərində istehsal olunur. Bu da onu deməyə əsas verir ki, bölgələrin emalda payı cüzidir. Bu, əsasən, emal müəssisələrinin iri şəhərlərdə yerləşməsi ilə bağlıdır. Emal müəssisələrinin bu cür yerləşməsi iqtisadi baxımdan qeyri-səmərəli hesab oluna bilər. Çünki müəssisənin xammal mənbəyindən uzaqda yerləşməsi əlavə istehsal xərclərinin (daşınma xərclərinin) yaranmasına səbəb olur ki, bu da sonda məhsulun maya dəyərinin yüksəlməsinə, mənfəətin aşağı düşməsinə gətirib çıxarır.

Bunlarla yanaşı, pambıqçılığın istehsalı paralel olaraq, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını stimullaşdırır. Belə ki, 1 ton xam pambıqdan təqribən 0,3-0,4 ton mahlıc və 0,5 ton çiyid, hər 1 ton çiyidin emalından isə 0,1 ton rafinə edilmiş pambıq yağı və 0,7 ton jmıx alınır.

          Mingəçevir Sənaye Parkı pambıq emalı sektorunun inkişaf etdirilməsində böyük rol oynayacaq

Pambıqçılığın dəyər zəncirinin həlqələri üzrə inkişaf etdirilməsi hər növbəti mərhələdə daha çox əlavə dəyər yaradılmasına imkan verir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir.

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.

Sənaye parkının tikinti sahəsinin 120 min kvadratmetr təşkil edəcəyi planlaşdırılır ki, bu da kifayət qədər böyük ərazidir. İnşaat işlərinə 60 milyon manatdan, avadanlıq və dəzgahların alınmasına isə 150 milyon ABŞ dollarından artıq investisiya qoyulması nəzərdə tutulub.

Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Burada da pambıq emalından alınan məhsulların istehsalı diqqət mərkəzində olacaq. Bu məqsədlə sənaye parkında pambıq ipliyi, corab və tibbi kosmetika məhsulları istehsalı müəssisələrinin yaradılması planlaşdırılır. Sənaye parkında, həmçinin toxuculuq, boyama və Qafqazda ən nəhəng tikiş müəssisələrinin inşa ediləcəyi gözlənilir.

Göründüyü kimi, Mingəçevirdə yaradılmaqda olan sənaye parkının fəaliyyəti pambıq emalı sektorunun, xüsusilə də tekstil sənayesinin inkişaf etdirilməsi, yüksəkkeyfiyyətli milli brend markaların yaradılması, həmin məhsulların beynəlxalq aləmdə tanıdılması və ixracının dəstəklənməsində böyük rol oynayacaq.

Onu da qeyd etmək yerinə düşər ki, tekstil və geyim sənayesinin inkişaf etdirilməsi neft-kimya sənayesinin inkişafı ilə də sıx bağlıdır. Belə ki, neft-kimya sənayesindən tekstil və geyim sənayesində xammal kimi geniş istifadə olunan müxtəlif növ kimyəvi liflər, o cümlədən polyester alınır. Ölkədə həm pambıqçılığın, həm də neft-kimya sənayesinin inkişafı üçün potensial imkanlar var və uzunmüddətli perspektivdə bu potensialdan istifadə etməklə rəqabətqabiliyyətli tekstil və geyim sənayesinin inkişafına nail olmaq olar.

Ümumilikdə isə Dövlət Proqramının hərtərəfli diaqnostik təhlillərə əsaslanaraq yerinə yetirilməsi ölkədə pambıqçılığın intensiv təsərrüfatçılıq əsasında inkişaf etdirilməsinə, kənd yerlərində yaşayan əhalinin gəlirlərinin artırılmasına və sosial rifahının yüksəldilməsinə, əlavə dəyər yaradan pambıq emalı sənayesinin yüksək inkişafını təmin etməyə və qlobal dəyər zənciri sisteminə effektiv inteqrasiya olunmuş yerli pambıq xammalına və kimyəvi liflərin istehsalına əsaslanan tekstil sənayesinin formalaşdırılmasına öz töhfəsini vermiş olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib