CƏMİYYƏT


Narkomaniyaya qarşı mübarizə qətiyyətlə davam etdirilir

Bakı, 18 sentyabr, AZƏRTAC 

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 414 çətənə kolu aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonunda keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 1,1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədovdan 440 qram marixuana aşkarlanıb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqurbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevin həyətyanı sahəsindən 1,7 kiloqramdan artıq marixuana müəyyən edilib.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaracallı kənd sakini C.Mikayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 414 çətənə kolu, habelə yardımçı təsərrüfatına baxış zamanı 6,5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.