CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir
Bakı, 7 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Mikayılovdan 6 qrama yaxın, evindən isə 40 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi A.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5,5 qram, evindən 53 qrama yaxın və qeydiyyatda olduğu Muradxan kəndindəki evdən isə 305 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.