REGİONLAR
Naxçıvan Dövlət Universitetinin müəllimi UNESCO-nun muxtar respublika üzrə ilk üzvü seçilib
Naxçıvan, 2 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov UNESCO-ya üzv seçilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Taleh Xəlilov Naxçıvan Muxtar Respublikası üzrə UNESCO-ya seçilən ilk üzvdür.
Qeyd edək ki, BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO 1945-ci il noyabr ayının 16-da yaradılıb. Qurumun əsas məqsədi irqindən, cinsindən, dinindən və dilindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığının genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Ölkəmiz bu təşkilata 1992-ci il iyunun 3-də üzv qəbul olunub.