REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri rəsm müsabiqəsində fəal iştirak ediblər
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan Rəssamlıq Akademiyası və “Sənətşünaslığın təbliği” İctimai Birliyinin birgə keçirdikləri “Aprel döyüşləri və şəhid-heykəltəraş Samir Kaçayev” müsabiqə-sərgisində Naxçıvan Dövlət Universitetinin tələbələri də fəal iştirak ediblər.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vətənpərvərlik ruhunda rəsm əsərlərinin yer aldığı sərgidə ali təhsil ocağının Təsviri incəsənət ixtisası üzrə II kurs tələbəsi Elnur Seyidovun, həmin ixtisas və kurs üzrə Türkan Əsədovanın və Rəngkarlıq ixtisası üzrə IV kurs tələbəsi Sunay Nadirovun çəkdikləri rəsm əsərləri diqqəti cəlb edib. Sərgidə həvəsləndirici yerləri tutan tələbələr diplom və pul mükafatı ilə təltif olunublar.