REGİONLAR


Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib

Naxçıvan, 10 noyabr, AZƏRTAC

Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan bayrağımızın 70 ildən sonra ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırıldığını qeyd edib. Vurğulanıb ki, bu gün üçrəngli, aylı-ulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.

Çıxışlar zamanı Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov bildirib ki, Vətənə sədaqətin və hərbi anda sadiqliyin simvolu olan bayrağımız hər birimiz üçün qürur mənbəyidir.

Silsilə tədbirlərdə mədəniyyət kollektivləri, kursantlar, şagirdlər və “Nərgiz” uşaq bağçasının fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirlərin fəal iştirakçıları mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.