Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan” jurnalının 33-cü nömrəsinin təqdimatı olub

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan” jurnalının Naxçıvana həsr olunmuş şeirlərdən ibarət 33-cü nömrəsinin təqdimatı olub.

Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov bildirib ki, mərkəzin fondları mütəmadi olaraq Naxçıvanla bağlı dəyərli çap materialları, o cümlədən yeni nəşrlərlə zənginləşir. Bu gün 33-cü nömrəsinin təqdimatı keçirilən “Naxçıvan” jurnalı da Naxçıvanşünaslığa böyük töhfədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Əli Həsənov “Naxçıvan” jurnalının Naxçıvana həsr olunmuş şeirlərdən ibarət 33-cü nömrəsinin təqdimatı münasibətlə tədbir iştirakçılarını, muxtar respublikanın yaradıcı ziyalılarını təbrik edərək deyib ki, hər bir xalqın həyatında ədəbiyyatın, bədii söz sənətinin mühüm yeri və rolu var. Azərbaycan ədəbiyyatının xalqımız qarşısında yerinə yetirdiyi taleyüklü missiyanı yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi ki: “Çoxəsrlik tariximizdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilsin ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır”.

Bu amil nəzərə alınaraq ötən müddət ərzində muxtar respublikamızda Yazıçılar Birliyinin fəaliyyəti genişləndirilib, birliyin gənclər təşkilatı və tərcümə mərkəzi yaradılıb. Birlik üzvlərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, onlar fəxri adlarla təltif olunublar. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Məhəmməd Tağı Sidqinin, Məhəmməd ağa Şahtaxtlının, İslam Səfərlinin, Məmməd Arazın, Əziz Şərifin, Abbas Zamanovun yubileyləri keçirilib, ədəbi-bədii əsərlər, almanaxlar nəşr olunubdur. Həmçinin Ali Məclis Sədrinin 1998-ci il 9 fevral tarixli Sərəncamı ilə ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalı təsis edilib, muxtar respublikanın yaradıcı təşkilatlarının iş şəraiti yaxşılaşdırılıb.

Qeyd olunub ki, bu gün qədim Naxçıvan böyük quruculuq meydanına çevrilib. Həyata keçirilən tədbirlər muxtar respublikamızı müasirləşdirib, ona yeni görkəm verib. Kəndlərimiz, rayon və şəhərlərimiz simasını dəyişib. Naxçıvanın yaradıcı ziyalıları da həyata keçirilən quruculuq işlərini vəsf etməyə, muxtar respublikanın həyatında baş verən yenilikləri, sürətli inkişafı bədii sözün qüdrəti ilə tərənnüm etməyə səy göstərir, yeni əsərlər yazırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə şair və yazıçılarımızın əsərləri nəşr olunaraq ictimaiyyətə təqdim edilir. Bu istiqamətdə hazırlanan nəşrlərdən biri də bu gün təqdimatına toplaşdığımız “Naxçıvan” jurnalının Naxçıvana həsr olunmuş şeirlərdən ibarət 33-cü nömrəsidir. Jurnalda 75 şairin şeiri və 59 fotoşəkil yer alıb. Jurnalda şeirlərlə yanaşı, fotoşəkillərin də verilməsi Naxçıvan və onun reallıqları haqqında daha dolğun təsəvvür yaradır.

“Naxçıvan” jurnalının 33-cü nömrəsi muxtar respublikada ədəbi mühitin inkişafına layiqli töhfədir. Burada vətənpərvərlik, doğma yurda məhəbbət mövzusunda yazan yaradıcı nəsillər arasında ədəbi əlaqə öz əksini tapıb. “Naxçıvan” jurnalının bu nömrəsi “vətənpərvərlik mövzusunda əsərlər necə yazılmalıdır” sualına ən yaxşı cavabdır”, - deyən Əli Həsənov jurnalın yeni nömrəsinin böyük dəyərə malik olduğunu diqqətə çatdırıb, Naxçıvanşünaslığa töhfə olan nəşrin hazırlanmasını himayə etdiyinə görə muxtar respublika rəhbərinə tədbir iştirakçıları adından minnətdarlığını bildirib, yaradıcı ziyalılarımıza yeni uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək bildirib ki, Naxçıvan ədəbi mühiti tarix boyu Azərbaycan ədəbiyyatına daim böyük töhfə verib. İndi, sözün əsl mənasında, çoxəsrlik davamlı ənənələrə malik olan Azərbaycan ədəbiyyatının Naxçıvan ədəbi məktəbi formalaşıb. Bu məktəbi “Naxçıvan” jurnalının yeni nəşr edilən xüsusi sayında da görürük. Toplunun nəşrində əsas hədəf Naxçıvan həqiqətlərini ölkəsini, Vətənini sevən vətəndaş mövqeyindən tərənnüm etməkdən ibarətdir.

Tarixlər şahidi qədim və ulu Naxçıvanın zaman-zaman şair və yazıçılarımızın əsərlərində böyük sevgi və məhəbbətlə tərənnüm olunduğunu qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, şair Asim Əliyev deyib ki, “Naxçıvan” jurnalının 33-cü nömrəsində çap olunan şeirlər beş min ildən artıq şəhər mədəniyyəti olan qədim və həmişəcavan Naxçıvanın işıqlı, nurlu bir məkan kimi bu gün də söz adamlarının ilham mənbəyi olduğunu bir daha təsdiq edir.

Naxçıvan jurnalının xüsusi nömrəsinə daxil edilmiş şeirləri toplayan şair Elxan Yurdoğlu deyib ki, hər hansı bir diyarın təbliği üçün ilk növbədə həmin məkan haqqında yazılmış tarixi və bədii əsərlərdən məlumat əldə edilir. Yaranan ədəbi əsərlərin bir vəzifəsi də öz dövrü haqqında gələcək nəsillərə məlumat verməkdir. Bu mənada jurnalda yer alan şeirlərin hər biri özlüyündə muxtar respublikamızın təbii gözəlliyi, turizm potensialı, burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə oxucularda dolğun təsəvvür yaradacaqdır.

Sonra tədbir iştirakçılarına “Naxçıvan” jurnalının 33-cü nömrəsi təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb