Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

Naxçıvan, 14 iyun, AZƏRTAC

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğurlar qazanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi dram əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı keçirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 fevral, 9 mart, 16 mart, 26 mart, 4 may, 18 may, 22 may, 24 may və 31 may tarixli sərəncamları ilə muxtar respublikada 15 nəfər “Tərəqqi”, 2 nəfər “Vətən uğrunda”, 4 nəfər “Hərbi xidmətlər görə”, 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 2 nəfər isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalları ilə təltif olunub, 2 nəfərə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 may tarixli Sərəncamı ilə isə 1 nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə təltif olunub.

Ali Məclisin Sədri təltiflərin vəsiqə və döş nişanlarını təqdim edib.

Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunan Akif Hacıyev minnətdarlıq edərək deyib: Müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə qürur duyuruq. Gözlərimizin önündə 20 il bundan əvvəlki Naxçıvanı canlandırarkən Milli Qurtuluşun, ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsini daha aydın görürük. Naxçıvan tarixdə iki dəfə müqəddəsləşib: birinci dəfə Nuh peyğəmbər bu torpağa ayaq basarkən, ikinci dəfə isə ulu öndərimiz Heydər Əliyev 1990-cı ildə Naxçıvana gələrək buradan ölkəmizin xilasına başlayarkən. Ümummilli Liderimiz Naxçıvanı qorudu, bu qədim diyarda başladığı tədbirlər nəticəsində xalqımızı həqiqi müstəqilliyə qovuşdurdu. Bu siyasətin davamı ölkəmizi və doğma Naxçıvanımızı daha uca zirvələrə qaldırır. Muxtar respublikada aparılan geniş quruculuq işləri bütün sahələri və yaşayış məntəqələrini əhatə edib. Yeni səhiyyə, təhsil, mədəniyyət müəssisələri, rahat və müasir yollar, istehsal sahələri tikilib istifadəyə verilir, hər bir sakinə qayğı göstərilir. Qeyd olunanlar yaşadığım Nehrəm kəndinin timsalında da özünü göstərir. Yaradılan şərait, xüsusilə Nehrəmdə Heydər Parkının istifadəyə verilməsi sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Biz ulu öndər Heydər Əliyev siyasətinə sadiq və vətənpərvər gənclər böyüdürük. Qarşımızda bir məqsəd var: o da əldə olunan inkişafa öz töhfəmizi vermək, muxtar respublika rəhbərinin etimadını layiqincə doğrultmaqdır.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə təltif olunan Ülkər Bayramova minnətdarlıq edərək deyib ki, göstərilən bu etimad kollektivimizin əməyinə verilən yüksək qiymətdir. Bu, məsuliyyətimizi daha da artırır. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “İnsan hüquqları bəşəriyyətin ən ali dəyəridir”. Dahi rəhbərin bu sahədə müəyyənləşdirdiyi siyasət muxtar respublikada uğurla reallaşdırılır. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyəti üçün hər cür şərait yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqdır.

Sonra “Qılınc və qələm” tarixi dramı əsasında hazırlanmış tamaşaya baxış olub.

Məmməd Səid Ordubadi ədəbiyyat tariximizin görkəmli simalarından biridir. O, bütün yaradıcılığı boyu xalqımızın keçmişini, qəhrəmanlıq səhifələrini, inkişaf və azadlıq mübarizələrini ardıcıl olaraq tədqiq və təsvir edib, romanlar yazıb. Dövlətçilik tariximizdən bəhs edən “Qılınc və qələm” romanı da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə səhnələşdirilib.

Tarixi faktlarla bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi tamaşada ölkənin xarici əlaqələri, dövrün ədəbiyyat və incəsənəti, sənətkarları, dövlət xadimləri, xalqın azadlıq mübarizəsi əks olunub. Zəngin obrazlar yaradılmış tamaşada Azərbaycanın dövlətçilik tarixinin ən böyük səhifələrindən birinin - Atabəylər dövrünün hərtərəfli mənzərəsi əks olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaşadığı dövr, Azərbaycanın XII əsrdə işğalçılara qarşı mübarizəsi, xalq azadlıq hərəkatı ustalıqla səhnələşdirilib. Tamaşada iki qəhrəmana daha geniş yer verilib. Bunlardan biri dahi şairimiz Nizami, digəri isə Fəxrəddindir. Nizami xalq qəhrəmanı Fəxrəddinin müdrik məsləhətçisidir. Səhnə əsərində Nizami qələm, Fəxrəddin isə qılınc simvolu kimi rəmzləşdirilib.

Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşada aktyorlardan Nəsimi Məmmədzadə, Səyyad Məmmədov, Nazlı Hüseynquliyeva, Nurbəniz Niftəliyeva, Azərbaycan Respublikasının Xalq artistləri Həsən Ağasoy, Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haqverdiyev, Əbülfəz İmanov və digərləri uğurlu səhnə həllinə nail olublar.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.

Ali Məclisin Sədri uğurlu tamaşaya görə kollektivə təşəkkürünü bildirərək deyib: Azərbaycan ərazisində tarixən mövcud olan dövlətlər həm də dövlətçilik tariximizlə bağlı əsərlərin yaranmasına səbəb olmuşdur. Naxçıvan teatrında dövlətçilik tariximizlə bağlı yazılmış əsərlər - Nəriman Həsənzadənin “Atabəylər”, Nəriman Nərimanovun “Nadir şah”, Həmid Arzulunun “Əlincə qalası” əsərləri tamaşaya qoyulmuşdur. Bu gün isə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı Naxçıvan teatrında ustalıqla səhnələşdirilmişdir.

Ali Məclisin Sədri deyib: Dövlətçiliklə bağlı səhnə əsərlərinin yaradılması istedad tələb edir. Bunun üçün gərək böyük yazıçı, dramaturq olasan, öz ölkənin, xalqının tarixini və əsərin əhatə etdiyi dövrü yaxşı biləsən. “Qılınc və qələm” tamaşasında aktyor seçimindən tutmuş səhnə tərtibatına qədər bütün işlər ustalıqla görülmüşdür. Hər tamaşada bir obraz daha çox diqqəti cəlb edir. Bu tamaşada da Qətibə xatın obrazı mükəmməl yaradılmışdır. Bu cür obrazların yaradılması üçün gərək aktyorda istedad olsun. Tamaşada hər bir aktyorun istedadı görünürdü. Zəhmət çəkiləndə istənilən uğura nail olmaq mümkündür. Ancaq çəkilən zəhmətə, o tamaşaya, o rola ürəklə bağlananda isə həmin obraz təkcə oynanılmır, həm də yaradılır və yaşadılır. “Qılınc və qələm” tamaşasında da obrazları yaradan hər bir aktyor həm də öz vətəndaş sevgisini ortaya qoymuşdur.

Ali Məclisin Sədri kollektivi təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Tamaşanın rejissoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidov əməklərinə verilən yüksək qiymətə və Naxçıvan teatrının fəaliyyəti üçün yaradılan şəraitə görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb