Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin təmsil olunduğu “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ümumilikdə 9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak etdiyi forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev bildirib ki, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Dövlət təşkilatları, hüquqi, fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili, aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində tədbirlər görülərək maliyyə, büdcə, vergi, mühasibat uçotu və audit fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verilir.

Nazir qeyd edib ki, bu gün maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının artırılması sahəsinə diqqət yetirilir, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil edilir və digər zəruri tədbirlər həyata keçirilir. Muxtar respublikada maliyyə və mühasibat işi sahəsində çalışanların peşə hazırlığının təkmilləşdirilməsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi fəaliyyət göstərir.

Qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və sahibkarlıq subyektlərində çalışan mühasibat işçiləri tərəfindən mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlərin təşkili diqqətdə saxlanılır, iştirakçılar müvafiq sertifikatlarla təmin olunur.

Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxışında bildirib ki, son 20 ilin statistikası Naxçıvanda iqtisadiyyatın bütün sahələrində dinamik inkişafın davam etdiyini təsdiqləyir. Təqdirəlayiq haldır ki, muxtar respublika bu üstünlüyü blokada şəraitində, ölkəmizin 20 faizi işğal altında olduğu bir dövrdə əldə edib. Təbii ki, bütün bunlara ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, bu xəttin uğurla davam etdirilməsi nəticəsində nail olunub. Aparılan təhlillər onu göstərir ki, ölkə Prezidentinin də hər zaman xüsusi vurğuladığı maliyyə, mühasibatlıq sahəsindəki şəffaflıq prosesi muxtar respublikada yüksək səviyyədədir.

“Mühasiblərin və Auditorların VII Avrasiya Forumu”nun təşkilinin ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcəyini vurğulayan Ziyad Səmədzadə deyib ki, əsas məqsəd qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.

Forumda mühasib və auditorların fəaliyyət prinsiplərinə uyğun 4 panel üzrə mühasibat uçotunun təkmilləşdirilməsində dövlət tənzimlənməsinin rolu, maliyyə hesabatlarında şəffaflıq problemləri, müasir çağırışlar: vergi və maliyyə hesabatlılığı, vergi qanunvericiliyi və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Mühasibat uçotu sahəsində qanunvericilik, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi və digər mövzuları əhatə edən təqdimatlar olub.

Sonra forum iştirakçıları üçün Duzdağ otelində qala gecəsi təşkil edilib. Qala gecəsində üzrlü səbəbdən forumda iştirak edə bilməyən Böyük Britaniyanın Maliyyə Menecerləri İnstitutunun icraçı direktoru Garry Carterin təbriki videoslayt vasitəsilə çatdırılıb, aid sahələr üzrə çalışan peşəkar əməkdaşlara müxtəlif nominasiyalar üzrə mühasibat dünyasının “Oskar”ı sayılan, İCB Global tərəfindən Luca Pacolinin şərəfinə təsis edilmiş LUCA - mühasibatlıq, maliyyə və ümumilikdə iqtisadiyyat sahəsində nailiyyətləri tanıyan və tanıdan beynəlxalq mükafat təqdim olunub. Həmçinin Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının keçirdiyi tədbirlərdə maraqlı təqdimatları, fəallığı ilə seçilən namizədlərə ayrı-ayrı nominasiyalar üzrə mükafatlar, eyni zamanda, xarici ölkə təmsilçilərinə “Fəxri qonaqlar” nominasiyası üzrə hədiyyələr verilib. Naxçıvanın müasir inkişaf salnaməsindən bəhs edilən videoçarx, Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasındakı rəngarəng rəqs və musiqi nömrələri forum iştirakçılarında xoş təəssürat yaradıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK CANLI

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub