Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Nəsimi” filminin çəkildiyi qədim məkanlar - 45 il sonra FOTO

Naxçıvan, 10 iyul, AZƏRTAC

45 il bundan əvvəl ilk dəfə ekrana çıxan və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” tarixi-bioqrafik filminin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. Ssenari müəllifi, Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan səhnə əsərinin çəkilişi zamanı həmin dövrdə hürufizmin yayıldığı bölgələrimizdən biri olan qədim Naxçıvanda aparılması ona yeni-yeni çalarlar qatıb.

Filmin yaradıcıları Suraxanı “Atəşgahı”nda, Şirvanşahlar Sarayında, karvansarada bəzi çəkilişləri apardıqdan sonra 1973-cü ilin avqust ayında Naxçıvana gəliblər. Çəkilişlərin aparılacağı yer kimi muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincə qalası və Əlincəçayın vadisi boyu Xanəgah kəndinə yaxın məkanlar seçilib. Təbii ki, bu ərazi tarixi baxımdan diqqəti cəlb etməklə filmə uyğun bir sahə idi. Ssenaridə kütləvi səhnələr olduğuna görə, bura yerli sakinlərin də cəlb edilməsi qərara alınıb. Filmin çəkilişində naxçıvanlıların da fəal iştirak etməsi kütləvi səhnələrin daha canlı alınmasına imkan yaradıb.

Əlincəqala, Xanəgah, Şeyx Nəiminin məzarı...

Naxçıvanda filmin ilk çəkilişlər Əlincəqalanın ətrafında aparılıb. Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri olan Əlincəqala bu gün ən yüksək səviyyədə bərpa olunub. Qala I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artıb. Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da xüsusi məna daşıyır. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin muzeydə nümayiş olunması qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır.

“Nəsimi” filminin çəkilişlərinin aparıldığı Xanəgah kəndi də özünün tarixiliyi ilə seçilir. Bəzi alimlərimiz bu adın mənbələrdə Xangah, Xanəgah, sonralar isə Xanağa şəklində işlənildiyini qeyd edirlər. “Xanəgah” ev mənası bildirən “xanə” sözünə “-gah” şəkilçisinin artırılması yolu ilə əmələ gəlib. Kəndin “Xanəgah” adlandırılması hürufilik təriqətinin adı ilə bağlıdır. Böyük mütəfəkkir və şair Şeyx Fəzlullah Nəiminin də burada dəfn olunması “Xanəgah” sözünün hürufiliklə bağlı olduğunu təsdiqləyir. “Xanəgah” təriqət başçıları dəfn olunan, onlar üçün tikilən binalara, müqəddəs ocaqlara deyilir. Ona görə də tarixçi alim M.Nemətova yazır ki, kənddə ziyarətgah olduğuna görə, bura “Xanəgah” adlanıb və kəndin əsasının qoyulması XIII əsrdən əvvəllərə aiddir.

Mərhum Adil Bağırov yazır ki, el arasında kəndin Şıx, Şeyx piri, yaxud Şeyx Xorasan adlandırılması da Nəiminin adı ilə bağlıdır. Deyilənə görə, Nəiminin tərəfdarları sağlığında ona Şeyx Xorasan (“nur saçan Günəş”, “Günəş bəxş edən”) deyə müraciət edirmişlər.

Gəlinən qənaət odur ki, “Xanəgah” sözü “bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyə” mənasındadır. Demək, sufi qələndərləri buranı məbədgaha çevirib ibadətlə məşğul olduqlarına görə kəndə “Xanəgah – Xaniqah” adı verilib və canlı danışıq dilində bu ad “Xanağa” şəklinə düşüb. Son illər kəndin adının “Xanəgah” variantı rəsmiləşdirilib.

Filmin çəkildiyi yerlərlə tanışlığımız zamanı bir daha şahidi olduq ki, Naxçıvanda tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır, əcdadlarımızın miras qoyub getdiyi mədəni sərvətlərimiz gələcək nəsillər üçün qorunub saxlanılır. Şeyx Fəzlullah Nəiminin dəfn olunduğu Xanəgah Abidə Kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan abidə XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib.

“Qanlı kadrlar”ın çəkildiyi ərazi

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev ilə söhbətimiz zamanı o qeyd etdi ki, Xanəgah kəndinin ərazisində çəkilən səhnə ilə Əlinəcəqalanın ətrafındakı səhnələr filmdə birləşdirilib. Məsələn, filmdə ordunun hücumu zamanı Əlincəqalaya doğru qaçan insanlar səhnəsi qalanın yanında deyil, kəndin ərazisindəki “Sarı qayalar” deyilən yerdə və onların arxasındakı ərazilərdə çəkilib. Şeyx Fəzlullah Nəiminin öldürülməsi səhnəsi isə Xanəgah kəndi ərazisindən dağa doğru uzanan düzənlikdə lentə alınıb. 

Filmdə Teymurləngin oğlu Miranşahla qarşılaşdığı səhnələr də bu gün tamaşaçılar tərəfindən maraqla izlənilir. Miranşahın Teymurdan aman diləməsi, Nəsimi ilə Teymur arasındakı məşhur dialoq səhnəsi də Xanəgah kəndinin ərazisində çəkilib. Həmin kadrlarda kənddən görünən əzəmətli Əlincə qalası diqqəti cəlb edir.

Çəkilişlərdə epizodik rolda çıxış edən Xanəgah kənd sakini İsmayıl Niftəliyev maraqlı bir xatirəsini bizimlə bölüşərək deyir ki, Şeyx Nəiminin ölüm səhnəsinin çəkilişləri zamanı böyük sənətkar İsmayıl Osmanlının qollarından və ayaqlarından iplə atlara bağlanması ətrafda onu izləyən yerli sakinləri həyəcanlandırıb. Bəziləri isə elə biliblər ki, həqiqətən də atları hərəkətə gətiriləcək və bədbəxt hadisə baş verəcək. Lakin sonradan Xanəgah kənd sakini Şəmsəddin Əliyevin kəsilmiş heyvanının bir hissəsinin həmin atların ipinə bağlanaraq çəkilişlərin aparılması insanları sakitləşdirib.

Onu da deyək ki, “Nəsimi” yeganə tarixi filmdir ki, orda dekorasiya yoxdur. Məsələn “Babək”, “Nizami”, “Dədə Qorqud”da var, amma “Nəsimi” filmi bütünlüklə naturada çəkilib, pavilyon çəkilişləri olmayıb.

Filmin çəkilişləri həmin dövrdəki Naxçıvan mətbuatında

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində həmin illərdə Naxçıvan mətbuatında dərc olunan məqalələri xatırladaraq deyib: “Vaxtilə Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzetində şöbə müdiri işləyən atam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hüseyn Razinin qəzetin 1973-cü il 11 avqust tarixli sayında kino-rejissor Həsən Seyidbəyli ilə müsahibəsi dərc olunmuşdu. “Nəsimi Əlincə qalası”nda sərlövhəli müsahibədə filmin çəkilişləri haqqında söhbət gedir. Yazıda Əlincə qalasında “Nəsimi” yaxud “Həqq məndədir” bədii filminin çəkilişlərinin aparıldığı qeyd olunub, Həsən Seyidbəyli yaradıcı kollektivin işi haqqında məlumat verib. O bildirib ki, mövsümə görə filmin çəkilişləri üçün bir qədər gecikmişik. Buna baxmayaraq çəkilişləri noyabr ayında başa çatdıra biləcəyik. Rejissor deyib: “Teymurləngin işğalçı qoşunları buraya hücum edib, qalanı 14 il mühasirədə saxlayıb. Biz Əlincə qalasında və onun ətrafında gedən döyüş səhnələrini, Miranşahın aqibəti ilə bağlı olan epizodları, Nəiminin öldürülməsini, Nəsiminin öz müəllimi və sevgilisi ilə görüşlərini, habelə başqa səhnələri çəkirik”. Yazıda o da qeyd olunur ki, Əlincəçayın sahilləri boyunca düzülmüş çadırların və alaçıqların fonunda müxtəlif səhnələr artıq çəkilib”.

“Nəsimi” filminin çəkilişi ilə bağlı “Şərq qapısı” qəzetinin 19 avqust 1973-cü il tarixində də 6 şəkillə birlikdə növbəti məqalə dərc olunub. Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə böyük şairin 600 illik yubileyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunması da “Şərq qapısı”nda geniş işıqlandırılıb. Qəzetin bütöv bir nömrəsi böyük mütəfəkkir şairə həsr olunub, yubiley tədbiri haqqında qəzetin 14 sentyabr 1973-cü il tarixində geniş məlumat verilib. Bakıda keçirilən yubiley tədbiri “Şairin əzəməti və şöhrəti” adlandırılıb.

Böyük uğur yeni-yeni uğurlara yol açdı

Film 1974-cü ildə ekranlara çıxıb və həmin il VII Ümumittifaq Kino Festivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafata layiq görülüb. Ən yaxşı kişi rolu ifasına görə dəyərli aktyorumuz Rasim Balayev mükafat alıb.

“Nəsimi” filmi Azərbaycan kinosunun tarixi uğuru hesab edilir. Qarşıdakı illərdə də uğurlarımız davam edib. 1979-cu ildə ekranlara çıxan “Babək” filminin də yarıdan çoxu qədim Naxçıvan torpağında çəkilib.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib