SİYASƏT


Nazir: Fransa tərəfindən səslənən qərəzli fikirlər münasibətlərə zərbə vurur

Nazir: Fransa tərəfindən səslənən qərəzli fikirlər münasibətlərə zərbə vurur

Bakı, 7 dekabr, AZƏRTAC

Fransa tərəfindən səslənən qərəzli fikirlər və bu ölkənin parlamentinin qətnamələri Azərbaycan-Fransa münasibətlərinə zərbə vurur və sülh prosesinə töhfə vermir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşü zamanı söyləyib.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir Ceyhun Bayramov sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.