ELM VƏ TƏHSİL


Nazir müavini Qırğız Respublikasında Azərbaycan məktəblərinin fəaliyyəti ilə tanış olub

Bakı, 30 mart, AZƏRTAC

Qırğız Respublikasında səfərdə olan elm və təhsil nazirinin müavini İdris İsayev Bişkek şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksini və Nizami Gəncəvi adına 103 nömrəli məktəbi ziyarət edib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir müavini sözügedən təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird heyəti ilə görüşüb.

Ziyarət zamanı hər iki təhsil müəssisəsinin bir qrup şagird heyətinin ötən ilin dekabr ayında ölkəmizə səfər etməsi qeyd olunub.

İdris İsayev iki ölkənin ümumi təhsil müəssisələri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.