İQTİSADİYYAT


Nazir müavini: Xarici ölkələrdə “Azərbaycan Şərab Evi” açılacaq

Batumi, 11 iyul, AZƏRTAC

Xarici ölkələrdə “Azərbaycan Şərab Evi” açıla bilər. Bununla əlaqədar fəal iş aparılır. Qazaxıstan və Çinin bir neçə əyalətində bu cür evlərin açılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov deyib: “Bununla yanaşı, yaxın vaxtlarda Rusiyada “Azərbaycan nemətləri” (“Дары Азербайджана”) mağazalarının sayının artırılması planlaşdırılır.

“Bütün bunlar Azərbaycanın xarici ticarət dövriyyəsinin artmasına, yeni iqtisadi tərəfdaşlar tapmasına imkan yaradacaq”, - deyə nazir müavini vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.