İQTİSADİYYAT


“Neft eposu” adlı poçt markası hazırlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

“Azərmarka” MMC “Neft eposu” adlı poçt markasını tədavülə buraxıb.

AZƏRTAC xəbər verir ki, marka “Əsrin müqaviləsi”nin 25 illiyi və Neft Daşlarında ilk neftin çıxarılmasının 70-ci ildönümünə həsr olunub. Marka 5 min tirajla 200 nüsxə istehsal olunub. Buraxılışa əlavə olaraq “Birinci gün” zərfi və xüsusi möhür hazırlanıb. Zərfdə 8 marka təsvir olunub.

Əməkdar rəssam Səbinə Şıxlinskayanın işlərindən ibarət poçt blokunun təqdimat mərasimində “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva bildirib ki, marka XVIII əsrdən indiyədək neft sənayesində əldə olunan nailiyyətləri, inkişafı əhatə edir. Məqsəd Azərbaycanı dünyada təbliğ etməkdir. Bunun üçün markalar çox gözəl vasitədir. Çünki zərfin üzərindəki markalar dünyanın hər bir yerinə çatır və bir ölkə, xalq barədə informasiya daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.