ELM VƏ TƏHSİL


Neft və Sənaye Universitetində yaz imtahan sessiyasına hazırlıq məsələlərindən danışılıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq prosesindən danışıb, tələbələrin tədrisdə keyfiyyət göstəricilərinin və imtahanlara hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

ADNSU tələbələrinin işlə təmin olunması və əmək bazarına inteqrasiyası üçün universitetin Məzun Karyera Mərkəzi tərəfindən mütəmadi işlər aparıldığını deyən M.Babanlı ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin bu dəfə də tərəfdaş müəssisələrin iştirakı ilə oflayn formatda keçiriləcəyini qeyd edib.

Rektor M.Babanlı universitetin beynəlxalq əlaqələri, elmi işlərdə qazanılan uğurlar, xarici universitetlərlə birgə həyata keçirilən yeni layihələr, əcnəbi tələbələrin universitetə cəlb olunması, akkreditasiya olunan ixtisaslar, tələbələrin xarici dil biliklərinin yüksəldilməsi üçün həyata keçirilən yeniliklər, həmçinin HPC mərkəzinin fəaliyyəti, Məzun Karyera Sərgisinə hazırlıq və başqa məsələlər haqqında məlumat verib. O, mövcud çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icrası istiqamətində göstərişlər verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.